Vaxtaşırı orqanizmin təmizlənməsinin sağlamlıq üçün nə qədər faydalı olduğu hamıya məlumdur. Bunun üçün xalq təbabətində bir çox üsullar mövcuddur.
 Vəsaitlər:
 5 xörək qaşığı qozun arakəsmələri
 
 3 xörək qaşığı çaytikanı (oblepixa) bitkisinin yarpaqları
 
 5 xörək qaşığı gicitkan yarpaqları
 
 10 xörək qaşığı itburnu meyvəsi
 
 7 xörək qaşığı moruq yarpaqları
 
Əvvəlcə bütün bunları üyüdücüdə xırdalayıb qarışdırmaq lazımdır. Sonra üzərinə 500 qram spirt əlavə edərək qaranlıq yerdə 20 gün saxlanılmalıdır. Bu müddət ərzində hər gün bir dəfə yaxşıca çalxalanmalıdır. 20 gün keçdikdən sonra sağlamlıq cövhərindən istifadə etmək olar.
 
1 çay qaşığı cövhəri 1 xörək qaşığı su ilə qarışdırıb səhərlər acqarnına, günorta və axşan isə yeməkdən 40 dəqiqə əvvəl qəbul edilməlidir. Kursun müddəti ən azı 40 gün olmalıdır.
 
Sağlamlıq cövhərindən istifadə edərkən artıq ikinci həftədən orqanizmə müsbət təsiri hiss olunur.
Əvvəlki məqaləƏn faydalı qidalar
Növbəti məqalədəKişilər, cinsi gücü artıran dərmanlardan uzaq durun