Döş sallanması və həllini detallarıyla  paylaşır.
Əvvəlcə gəlin  sallanan sinənin nə demək olduğuna açıqlıq gətirək. Estetik döşdə  döş ucunun  mövqeyi ,  sinənin alt xəttinin sinə divarıyla birləşdiyi sərhəddən 4-5 santimetr yuxarıda olmalıdır. Əgər döş ucu, sinənin alt xəttində və ya daha aşağıda olsa bu atıq deformasyalı döş  sallanmasıdır.
Döş  sallanmasının səbəbləri
Hamiləlik sonrası əmizdirmə dövrü sinə sallanmasının əhəmiyyətli səbəblərindəndir. Bundan başqa  sinənin sallanmasına gətirib çıxaran bir çox  faktorları da sadalamaq olar:
Yaş faktoru,
Günümüzün məşhur sağlamlıq problemi olan  çox kilolardan xilas olmaq üçün tez-tez diet etmək,
Kilo alıb – vermək,
Hormonal balanssızlıqlar,
Hormonal  dərmanların  möhkəm sinələr üzərində mənfi təsiri və irsən  sinə sallanmasının erkən yaşlarda görülməsi…
 
Sinə dikləşdirmə əməliyyatına uyğunluq üçün bəzi meyarlar vardır. Bu meyarlar;
Sinə uclarının aşağı göstərməsi,
Böyüyən döş  uclarına sallanan dəri  və yumşalan döş toxuması,
Döş ucunun sinə divarıyla birləşdiyi xəttin altında olması,
Sinə içi toxumanın  azalaraq boşalması,
Döşlərdən  birinin digərindən daha aşağıda olması,
Sinələrdə uzanma, düzləşmə və genişləmənin varlığıdır.
 
Sinə kiçiltmə  və dikləşdirmə əməliyyatından sonra sinənin  həcmi çox diqqətə çarpan dərəcədə böyüyüb, ya da kiçilməz. Adamın bədəninə uyğun ölçülərdə dizayn edilir. Əgər xəstənin sinə içində boşalma və sallananlıq varsa bu vəziyyətdə sinə böyütmə əməliyyatı edilir. Əgər böyük sinələr söz mövzusudursa, kiçiltmə əməliyyatıyla birlikdə dikləşdirmə əməliyyatı edilir.
Əməliyyat sonrasında sinənin yeni dizaynı sürətlə özünü göstərəcəkdir. 6 – 8 həftə boyunca şişlik və şişi azaltmaq və  sinənin  planlanan şəklini alması üçün xüsusi büstqalter istifadə edilir. 
Xəstələr  10 gün içində iş həyatına dönə bilirlər. Sinənin tam olaraq yaxşılaşması və tam şəklini alması 2 – 3 ay çəkir.  Əməliyyat sonrasında sinənin  dik və dolğun, möhkəm formasını uzun illər qoruması xəstənin  diqqətinə bağlıdır.
Tez-tez  kilo alıb – vermək, hamiləlik və əmizdirmə vəziyyətində sinədə yenidən sallanma ola bilər.
 
Əvvəlki məqaləPortağal qabığının inanılmaz faydaları
Növbəti məqalədəƏn faydalı qidalar