Çox vaxt yağları sağlamlığımızın düşməni kimi qəbul edirik. Ancaq bu, bütün yağlar üçün keçərli deyil. Çünki bəzi yağ növləri sağlamlıq üçün əhəmiyyətli rol oynayır.

 

 

 

Bəzi yağlar xüsusilə zehni qüvvətləndirir, yaddaşı gücləndirir. Xüsusilə də karbonhidratlı qidaları menyunuzdan çıxarsanız, bunun yaddaşınıza müsbət təsirini qısa zamanda görə bilərsiniz.

 

 

 

2012-ci ildə alzeymer xəstələrinə yüksək yağ və aşağı karbonhidrat ehtiva edən qidalar verilib. Qısa müddət ərzində xəstələrin vəziyyətlərinin sürətlə yaxşılaşdığı müşahidə edilib. Ancaq söhbət trans yağlardan, marketlərdə satılan tərəvəz yağlarından getmir.

 

 

 

Güclü bir zehin və sağlam bir bədən üçün təbii zeytunyağı, avokado, evdə hazırlanan kərəyağı, qoz yağı, hindqozu yağı kimi məhsullara ehtiyacınız var.

 

 

 

Təbii qidalarla bəslənmiş iribuynuzlu heyvanlar, balıqlar və ev yumurtası, öz bağçanızın məhsulu olan fındıq da beyin sağlamlığı üçün çox faydalıdır.
Əvvəlki məqaləGümrah olmaq üçün günə necə başlamalı?
Növbəti məqalədəİdmandan sonra bunları yemək olmaz