Alimlər bildirir ki, yuxu ehtiyacını tam ödəmək üçün yaşı nəzərə almaq lazımdır. Belə ki, hər yaş qrupunun yuxu ehtiyacı fərqli olur.

Yaş qruplarına uyğun yuxu müddətini təqdim edirik:

*3 aya kimi körpələr hər gün 14-17 saat yatmalıdır.

Körpənin sağlamlıq vəziyyəti və çəkisi nəzər alınaraq, bu yuxu müddəti 12-18 saat arasında dəyişdirilə bilər.

*4-11 aylıq körpələr günün 12-15 saatını yuxuda keçirməlidir.

*1-2 yaş arasındakı uşaqlar 11-14 saat yatmalıdır.

*3-5 yaş yaşlı uşaqlar üçün ən ideal müddət 10-13 saatdır.

*Məktəbə gedən 6-13 yaş arasındakı uşaqlar günün ən az 9-11 saatını yuxuda keçirməlidir.

* 18 yaşdan başlayaraq 64 yaşa kimi orqanizm üçün 7-9 saatlıq yuxu kifayət edir.

*65 yaşdan sonra orqanizmin yuxuya olan ehtiyacı daha da azalır. Bu yaşdan sonra 7- 8 saat yatmaq məsləhətdir.

Əvvəlki məqaləHər gün yuyunmağın inanılmaz faydaları
Növbəti məqalədəArıqlamağın ən asan yolları