Hərəkətli yaya uyğunlaşmaq üçün bədənimizi sağlam saxlamalıyıq. Nizamlı yuxu ilə yanaşı qidalanma da sağlamlığımız üçün vacibdir. Ağır yeməklərə “əlvida” deyib yüngül yay yeməklərini gəlin birlikdə “salamlayaq”.
Kim deyir ki, pizza ancaq xəmirdən hazırlanır? Budur “qarpız pizza!
Kalori, xəmir dərdini unudun. Qarpızın ortasından qalın bir dilim çıxarın. Boşqaba qoyduğunuz dilimi pizza kimi səkkiz yerə bölün və qarpızın üzərinə ağ pendir (istəyinizə uyğun olaraq nanə) düzün. Yemək hazırdır!
Zeytun yağı ilə ənginar
Vitamin və minerallarla zəngin ənginar yay üçün ən ideal yeməklər arasındadır. Ənginar mədəmizi dizenfeksiya etməklə yanaşı, həzmi də asanlaşdırır.
Somon
Omega 3 yağ turşuları ilə zəngin, soyuq sularda olan yaşayan somon balığı yay süfrəsinin olmazsa olmazıdır. Somon balığı yağlı olduğu üçün zeytun yağı, limon suyu, dəfnə yarpağı və ya quru ədviyyatlarla yüngülləşdirə bilərsiniz.
Sobada kabak
Nahar fasiləsi üçün ən yaxşı seçimlərdən biri olduğunu deyə bilərik. Kabakı bişirdiyiniz zaman şüyüdü də unutmuruq. Sobada bişirsəniz dadından doymazsınız.
Bütün mövsümlərin vazkeçilməzi: toyuqlu salat
Toyuq salatı hamımızın tez-tez tərcih etdiyi doydurucu salat növlərindəndir. Təzə göyərtilərlə toyuğu qarışdırarlən zeytun yağını da unutmuruq.