Yumurtalıq çatışmamazlığı, əlamətləri və müalicəsi

Yumurtalıqlar, hər ay nizamlı olaraq yeni bir çoxalma funksiyası yaratmaq üçün çalışan orqanlardır. Yumurtalıq içərisində gözlə görülməyəcək qədər kiçik yumurtaların hər ay böyüyüb yetkinləşib partlaması nəticəsində ya hamiləlik ya da nizamlı aybaşı qanamaları meydana gələr. Bu funksiya qadının nəsilartırma dövrü boyunca nizamlı olaraq işləyər. Bəs, erkən yumurtalıq çatmazlığı nədir? Niyə meydana gələr? Necə müalicə edilir?

“Müəyyən yaşlarda, “Primordial follikul” deyilən bu kiçik yumurtaların azalması və istehlak edilməməsi nəticəsində, aybaşının kəsilməsi, yəni klimaks dediyimiz vəziyyət meydana gəlir. Orta hesabla 48 ilə 52 yaşlar arasında meydana gələn bu vəziyyət, qadının normal həyat dövrünün bir hissəsidir.

Erkən klimaks nədir?

Bəzi qadınlarda isə müxtəlif səbəblərə bağlı olaraq, klimaks daha erkən yaşlarda başlayar.. 40 yaşından əvvəl bir qadının qalıcı olaraq aybaşıdan kəsilməsi, “erkən klimaks” adlanır. İndiki vaxtda qadınların təxminən yüzdə 10-u 45 yaş, yüzdə 2-i isə 40 yaşdan tez aybaşıdan kəsilir.

İstər normal klimaks dövrü olsun, istəsə erkən klimaks olsun, çoxalma funksiyalarının, yəni hamilə qalma şansının klimaksa yaxınlaşarkən illər əvvəldən azalmağa başlaması diqqət çəkici bir vəziyyətdir. Azalan yumurtalıq qabiliyyəti, hamiləlik şansını da azaldır. Digər yanaşı gedən səbəblərə görə hamilə qalma problemi yaşayan qadınlarda bu vəziyyət daha böyük bir problem olaraq qarşımıza çıxar. Əgər bu hadisə, erkən yaşlarda meydana gəlsə buna ‘”erkən yumurtalıq çatmazlığı” adı verilir.

Erkən yumurtalıq çatmazlığı nə üçün meydana gəlir?

Eyni ailələrdə, birinci dərəcə qohumlarda (ana, bacı kimi) müntəzəm görülməsi, o ailəyə təsir edən bir genetik faktorun əhəmiyyətli olduğunu göstərir. Yenə, xromosom pozğunluqları xüsusilə X xromosomunun çatmamazlığı, əskiklikləri, mutasiyaları yüzdə 5 ilə 10 arasında məsul tutulur. Bundan əlavə, çoxalma funksiyaları ilə əlaqədar digər genlərdə və xromosomlardakı bəzi dəyişikliklərin erkən yumurtalıq çatmazlığı ilə əlaqədar olduğu bilinir.

Digər tərəfdən, xüsusilə bədənin digər hormon ifraz edən orqanlarının, məsələn tiroit vəzi, böyrək üstü vəzin və ya şəkərli diabet, maddələr mübadiləsi ilə əlaqədar orqanların xəstəliklərində, bu vəziyyətlə daha çox qarşılaşılması, bədənin hormon yaradan orqanlara qarşı ümumi bir reaksiya xəstəliyinin (immun xəstəlikləri) ola biləcəyini bizə göstərir.

Erkən yumurtalıq çatmazlığından, üzərində dayanılması lazım olan bir digər faktor da “iatrojenik” yəni xaricdən təsir nəticəsində yaradılan yetməzliklərdir ki, bunlar arasında ən əhəmiyyətli sıranı xərçəng və ya başqa xəstəliklər səbəbindən istifadə edilən dərmanların, hemoteriopatik agentlərin yumurtalıq üzərinə etdiyi zərərli təsirlər və yumurtalıqlara müxtəlif səbəblərlə edilən təsirlər gəlməkdədir.

Erkən yumurtalıq çatmazlığı necə aydın olar?

Erkən yumurtalıq çatışmamazlığının özünə xas bir əlaməti yoxdur, bəzən heç fərq edilməyə bilər. Ancaq klassik klimaks əvvəli əlamətlər, yəni aybaşı müddətlərinin qısalması və ya uzanması, aybaşı miqdarındakı dəyişikliklər, ya ümumiyyətlə görülə bilməməsi. Xəstələr əksəriyyətlə həkimə aybaşı nizamındakı dəyişmələr səbəbi ilə və ya hamiləlikdən problemlər yaşadığı üçün gəlir. Edilən müayinə, ultrasəs və hormon analizləri nəticəsində diaqnoz qoyular.

Erkən yumurtalıq çatışmamazlığının müalicəsi varmı?
Bu andakı klassik məlumatlarımıza görə, yumurtalar, hələ doğulmadan, ana bətnində meydana gələr, daha sonra yeni yumurta yetişməsi reallaşar. Erkən yumurtalıq çatışmazlığı, yumurtaların azalması və ya bitməsi nəticəsində ortaya çıxdığı üçün, hər nə səbəbdən olursa olsun bu vəziyyəti geri çevirmək mümkün deyil. Vəziyyət müəyyən olunduğunda, ilk olaraq xəstəni məlumatlandırmaq, bundan sonrakı həyatında alması lazım olan tədbirləri izah etmək, ola biləcək faktorları araşdırmaq, məsələn xromosomal bir problem varsa bunun başqa ola biləcək problemlərə yol açmasını qarşısını almaq, tiroit, böyrək üstü vəzin ilə birlikdə gedən bir problem varsa, qadının sağlamlığını təsir edəcək bu problemlərin tədbirini almaq lazımdır. Aybaşı nizamsızlığı və ya kəsilməsi varsa xəstəlik prossesini hormon müalicələri ilə nəzarət altına almaq mümkün ola bilər.

Erkən yumurtalıq çatmazlığı olan və ya riski olan qadınlara nələr tövsiyə edilməlidir?
Bu vəziyyətdəki qadınlar üçün ən əhəmiyyətli problem, uşaq sahibi olmaqdır, bunun üçün planlaşdırma edilməlidir. İndiki vaxtda, qadınların ictimai həyatda və iş həyatında yerlərinin genişlənməsi səbəbi ilə hamiləlik planlamaları daha gec yaşlara qalır. Başqa sözlə erkən yumurtalıq çatmazlığı riski olan bir qadında, bu vəziyyət daha böyük və bəzən geri dönülə bilməyəcək problemlərə yol aça bilər.

Xüsusilə yaxın ailə fərdlərinə, erkən yumurtalıq çatmazlığı problemi olan, hər hansı bir səbəblə, yumurtalıqlara zərər verə biləcək bir müalicə və ya əməliyyat keçirənlərə yumurtalıqların vəziyyəti haqqında, xüsusilə 30 yaşların başlarında məlumatlandırılmasını təklif edirik. Ediləcək ultrasəs müayinələri, hormon ölçmələr və xüsusilə yumurtalıq ehtiyatını ən yaxşı şəkildə əks etdirən AMH hormon ölçmə, bizə bu mövzuda məlumat verəcək və qadının hamiləlik mövzusundakı planlarını edərkən bunu da nəzərdə saxlamasını təmin edəcək. Əməliyyat və ya kimyaterapiya alacaq şəxslərin bu əməliyyatlar əvvəlində çoxalma funksiyalarını qorumağa istiqamətli, yumurtalıq toxumasını dondurulması, yumurta və ya embrion dondurulması kimi mövzularda məlumatlandırılması həyati əhəmiyyət daşıyar. “
Əvvəlki məqaləƏllərimizin və dırnaqlarımızın gözəlliyi
Növbəti məqalədəSağlamlıq və gözəllik üçün kefir kokteylləri…