Yeməkdən sonra edilən yanlışlar
Türk mütəxəssislərinin apardığı araşdırmalara görə yeməkdən sonra bəzi şeylər edilməməlidir.Əks halda bu müxtəlif problemlər yarada bilər.
Aşağıda göstərilənləri yeməkdən sonra etməniz məsləhət deyil. 
Yeməkdən sonra edilən yanlışlar
Siqaret çəkməyin.

Mütəxəssislər tərəfindən edilən araşdırmalara görə, yeməyin dərhal ardından yandırılan tək bir siqaret, 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artır.

 

Yeməkdən sonra edilən yanlışlar
Meyvə yeməyin.

Yeməyin dərhal üstündən yeyilən meyvə, mədənizin hava ilə dolmasına səbəb olur.
Meyvəni yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1-2 saat sonra yeməniz sağlamlığınız baxımından daha faydalı olacaq.

 

Yeməkdən sonra edilən yanlışlar
Çay içməyin.

Ən əsas vərdişlərdən biri olan yemək üstünə çay içmək də sağlamlıq baxımından faydalı görülmür. Çay, istehlak etdiyimiz qidalardan aldığımız zülalları gec həzm etməmizə və alınan vitaminlərdən tam fayda verililməməsinə səbəb olur.

 

Yeməkdən sonra edilən yanlışlar
Duş almayın.

Yeməkdən dərhal sonra alınan duş, qan axışını əl və ayaqlara doğru çoxaldarkən, mədə ətrafında qan axışını azaldar.

 

Yeməkdən sonra edilən yanlışlar
Dərhal yatmayın.

Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin kifayət qədər işləyə bilməməsinə və bağırsaq iltihablanmalarına və mədə narahatlıqlarına səbəb olar. Bu da həzm sistemi baxımından zərərlidir. Ayrıca yeməyin ardından dərhal yatmaq kilo almanıza səbəb olar.

Əvvəlki məqaləSamsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun
Növbəti məqalədəAyaq tərləməsinin qarşısını necə almalı?