Hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlıq problemlərini azaltmaq mümkündür. 

 
1.Sağlam və balanslı bəslənin.
Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.
 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

2.Susamasanız da, gündə 10-12 stəkan su için .
Bədəndən atılması lazım olan maye normal şərtlərdə sidik, nəcis və tənəffüslə atılar. Yay aylarında maye və mineral itkisinin qarşısını almaq üçün çox miqdarda maye qəbul etmək önəmlidir. Hər gün ən az 2-2,5 litr (10-12 stəkan) su içilməlidir. Bundan başqa məşq edildiyində daha çox su içməyə diqqət yetirmək lazımdır. Maye qəbulu zamanı suyla yanaşı süd, ayran, qazlı su, limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkilər də doğru seçimlərdir. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

3.Gündə 3 pay yemək yeyin. 
Sağlamlığın qorunması üçün həyatın hər dövründə nizamlı qidalanma çox əhəmiyyətlidir. Buna görə qidalarınızı gündə 3 ana pay (nahar, günorta və axşam) və 3 ara pay şəklində istehlak etməyə çalışın. Bu zaman qan şəkəriniz normada qalar. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası


4.Gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin. 
Yetərli və balanslı bəslənmə üçün gündəlik qidalanmada 4 əsas qida qrupundan istifadə edin – süd və süd məhsulları (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıl (çörək, makaron, plov) və meyvə-tərəvəz qrupu.

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

5.Qidaları yaxşıca çeynəyin.
Doymaq hissi yemək yedikdən 15-20 dəqiqə sonra hiss edilməyə başlayır. Bu səbəblə yavaş-yavaş və yaxşıca çeynəməklə yeməyə diqqət edin. Yemək əsnasında tikələr arasında yeməyinizə tez-tez ara verin. 

 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

6.Mayonez və qızartmalara vida edin.
Yayda mayonez, yağlı sous, yağlı qidalar və qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağlarından istifadə edin. qızartma əvəzinə qaynadılmış yeməklərə üstünlük verin. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası


7.Qida zəhərlənmələrindən qorunmaq üçün gigiyenaya fikir verin.
Xüsusilə yay aylarında qida zəhərlənmələri artır. Ona görə də bu mövsümdə çöldə və açıqda satılan yeməklərdən uzaq olun. Tez xarab olan potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) soyuducudan kənarda çox saxlamayın. Qidaların alınması, bişirilməsi və saxlanma mərhələsində gigiyenaya diqqət yetirin. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

8.Dondurma və meyvəli şirniyyatları seçin.
Qızardılmış və xəmir şirniyyatları əvəzinə südlü, meyvəli şirniyyatları, dondurmanı seçin. Ancaq hər qidada olduğu kimi bunda da miqdarına diqqət yetirin. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

9.Açıq bufetlərə diqqət yetirin.
Qida istehlakında hər vaxt pay miqdarına diqqət yetirməliyik. Ancaq yayda xüsusilə tətillərdə açıq bufetdən qida istehlakına meyl olur. Bu vəziyyətdə əvvəlcə hazırlanan yeməkləri nəzərdən keçirin, seçdiyiniz yeməklərdən az-az götürməyə çalışın, qabınızı doldurarkən salatlardan başlayın, xüsusilə bol göyərti və tərəvəzli yeməklərə üstünlük verin. 

Yayda sağlam qidalanmanın 10 “qizil”qaydası

10.Avtomobil əvəzinə piyada gəzin, liftin əvəzinə nərdivandan istifadə edin.
Həftədə 3 gün templi gəzintilər, üzmək, məşqlər sizi yay yorğunluğuna qarşı qoruyacaq. Əgər “vaxtım yoxdur” deyirsinizsə, heç olmasa aktiv həyat tərzi üçün gəzərək gedə biləcəyiniz yerlərə avtomobillə getməyin, lift yerinə nərdivandan istifadə edin. Bu cür kiçik fəaliyyətlərlə də həyat tərzinizi dəyişdirə bilərsiniz.

Bəs siz yayda sağlamlığınıza diqqət edirsinizmi?

Əvvəlki məqaləUşaqların dişlərinə qulluq.
Növbəti məqalədəDəyişdirə bilmədiyimiz vərdişlər.