Yaddaşı qorumaq üçün
beş mühüm şərtə əməl edilməlidir…

“Foks Nyus”
qəzetində yer alan xəbərə görə, məlumatın toplandığı və lazımi anda oradan
çağırılaraq istifadəyə verildiyi yaddaş, hafizə doğru-düzgün mühafizə edilmədikdə
ciddi zədələnmələrə məruz qalır və bəzən ölür.

Ona görə də həkimlər
yaddaşı qorumaq üçün beş mühüm şərtə əməl etməyi, daha doğrusu, aşağıda
saydıqlarımızdan uzaq durmağı tövsiyə edirlər.

1. Siqaret çəkmək

Araşdırmalar göstərir
ki, orta yaş dövründə, eləcə də qocalıq illərində hafizəsini itirənlərin əksəriyyəti
siqaret çəkənlərdir. Siqaretin tərkibindəki 4 minə qədər zərərli maddə bədənin
bütün digər orqanları kimi, yaddaşa da ağır təsir göstərir.

2. Qeyri-sağlam qidalanma

Beynin bir çox maddələrə,
xüsusilə də vitaminlərə ehtiyacı var. Ona görə də qidalanma zamanı beynin
ehtiyaclarını da nəzərə almaq lazımdır. Əgər birdən-birə qidalanmanı kəskin şəkildə
azaltsanız, beyin gücünün də azalması açıq-aydın hiss olunacaq. Siz möhkəm ac və
ya yorğun olduğunuz zaman müxtəlif ağrılar, ad verə bilmədiyiniz duyğular baş
qaldıracaq. Vitaminsizlik, B1 vitamini kimi gərəkli maddənin az qəbul olunması,
ya da vitaminlərin çox az miqdarda beynə yetişməsi yaddaşın pozulmasına səbəb olur.

3. Herpes virusu

 

İfrat köklük, iflic və
depressiya kimi xəstəliklərdən olan Herpes virusunun qarşısı alınmazsa, insanda
yaddaşsızlığa səbəb olur. Bu xəstəlik bəzən o qədər şiddətlənir ki, ən yaxın iş
yoldaşınızın adını belə unuda bilərsiniz.

4. Hipnoz

Hipnozla çox şeylər
unudula bilir. Bu qeyri-adi hadisənin təsiri keçsə də, yaddaşınızın bəzi hissələri
silinərək ağappaq qalır.

5. Stress

Ümumiyyətlə, stresin əsəb
sisteminə güclü təsir göstərdiyi məlumdur.Stresli adamlar bir qayda olaraq yaddaşsızlıqdan
əziyyət çəkirlər

 

 

Əvvəlki məqaləVitaminlərin həddən artıq qəbul edilməsinin insana ziyanı var
Növbəti məqalədəƏsəblərinizi soyudacaq qidalar, vitaminlər…