Yatış mövqeyi mühümdür.

Sizə təklifimiz: xoruldama istəmirsinizsə, əsla kürəyi üstə yatmayın.

Kürək üstü yatdığınızda dil və boğaz əzələlərinin gərginliyi azalır, zəif əzələlər kürək üstü yatdığımızda, dilin boğaz arxasına doğru sürüşməsinə mane ola bilməz. Və bu boşalmağa bağlı olaraq da xoruldama meydana çıxar.

Üz üstə yatmaq da sağlam bir mövqe deyil.

Həkimlərin təklifi isə sağ ovucunuz sağ yanağınızda olmaq üzrə, sağ tərəfinizə yatmanızdır.

Xoruldamağınızda əhəmiyyətli ölçüdə azalmanın olduğunu görəcəksiniz.

Reyhan çayı.

Bir neçə reyhan yarpağını əzin və bir fincan ölçüdə 2 dəqiqə qaynadın.

1 çay qaşığı bal əlavə edin.

Reyhan bu tutulmanı açaraq boğaz yolunuzu, nəfəs borunuzu açıq saxlayır.

Çobanyastığı çayı.

1 stəkan isti suya quru çobanyastığı atıb dəmləyin və bir çay qaşığı bal əlavə edib isti-isti için.

Çobanyastığı çayının sinirlər üzərində sakitləşdirici və rahatladıcı təsiri vardır.

Stressi azaldıb, xoruldamağı kəsər.

Xoruldama problemindən xilas olmaq üçün tövsiyələr.

Xoruldama problemindən xilas olmaq istəyirsinizsə, qətiliklə spirtli içikilərdən imtina etməlisiz.

Spirt boğazın arxasında olan əzələlərin düzgün bir şəkildə işinə mane olar.

Nizamlı idman etmək də əzələləri gücləndirən və xoruldamağa maneə törədən vasitələrdəndir.

Obezite (piylənmə) də xoruldamanın ən böyük səbəblərindəndir.

Əgər kiloluysanız, kilo verməlisiniz.

Çəki verib, ideal kiloya çatdığınızda xoruldamanının da keçdiyini görəcəksiniz.

Yatmazdan əvvəl ağır yeməklərdən qaçının, əgər aclıq hiss etsəniz, aclığınızı sitrus meyvələri və tərəvəz yeyərək basdırın.

Sağlam qidalanma da xoruldamaqdan xilas edər.

Zeytunyağı.

Yatağa girmədən əvvəl yalnız bir çay qaşığı zeytunyağı içsəniz, boğaz əzələləriniz sürüşkənlik qazanar,

nəfəs borunuz açılar və bu da xoruldamağı azaldar ya da mane olar.

Beləcə yuxuda nəfəs alıb verərkən, toxumalar artıq titrəyib səs çıxarmaz.

Süd.

Hər gecə yatmadan əvvəl ilıq bir stəkan süd üçün.

Buna bir qədər zərdəçal tozu və ya bibər tozu əlavə edin.

Zərdəçal tənəffüs yolundaki hər hansı bir tıxanıqlığı təmizləyər və nəfəs borusunun açıq olmasını təmin edər.

Süd isə nəfəs borusunun böyük qoruyucularındandır.

Beləcə nəfəs alış-verişi rahat və asan olar.

Əvvəlki məqalə” Dukan “diyetinin sirrləri
Növbəti məqalədəVarikozdan xilas olmanın yolları