Yəqin düşünürsünüz ki, xiyarla maraqlı nə hazırlamaq olar? Ya çoban salatı, ya paytaxt salatı, ya da ki… elə bizim təqdim etdiyimiz maraqlı respetlərlə yüngül yay salatları hazırlamaq olar. Həm fərqlilik olar, həm də ağız dadınız daha maraqlı ləzzətlər tanımış olar.
Əzilmiş xiyar salatı
İçindəkilər
Xiyar – 300 qr
Soya sousu – 15 qr
Balıq sousu – 3 qr
Çili bibəri – 3 qr
Küncüt – 15 qr
Limon suyu – 6 qr
Küncüt yağı – 8 qr
Kişniş – 4 qr
Hazırlanması
Bu resept Çin mətbəxinə aiddir. Birinci xiyarı paketin arasında qoyub əzin.
Sous üçün bibərləri üyüdün, keşnişi doğrayın, mayelərlə birlikdə qarışdırın.
Əzilmiş xiyar sousla qarışdırılır.
Daha sonra salatı servis edəcəyiniz qaba ya da ki, maraqlı təqdimat olsun deyə, kiçik bankalarla yığın, küncüt və keşniş yarpağı ilə dekor edib süfrəyə servis edin.
Çiyələkli xiyar salatı
İçindəkilər
Çiyələk – 200 qr
Xiyar – 1 ədəd
Yoqurt – 200 qr
Bal (duru) – 1 x.q.
Zeytun yağı – 2 x.q.
Balzamik sirkəsi – 1 ç.q.
Təzə nanə – 5-6 yarpaq
Tərxun – 2-3 yarpaq
Hazırlanması
Salatı böyük servis boşqabında hazırlayın. Çiyələkləri 4-6 hissəyə ayırın. Xiyari əyir formada yumru şəkildə doğrayın. Nanə və tərxun yarpaqlarını doğrayın. Bal, yoqurt və göyərtiləri qarışdırın. Başqa qabda da zeytun yağı ilə sirkəni qarışdırın. Bütün ərzaqları birlikdə qarışdırın və boşqaba əlavə edin.
Şopska salatı
İçindəkilər
Brinza pendiri – 50 qr
Xiyar – 1 ədəd
Pomidor – 1 ədəd
Bolqar bibəri – 2 ədəd
Soğan – 1 ədəd
Günəbaxan yağı – zövqə görə
Duz – zövqə görə
Hazırlanması
Şopska salatı (Bolqarıstanda etnik qrup) – təkcə Bolqarıstanda deyil, həm də Makedoniya, Çex Respublikası, Monteneqro və Serbiya kimi digər Şərqi Avropa ölkələrində də məşhurdur. Pomidor, xiyar kub-kub doğranır. Bibərin də içi təmizlənib kub formasında doğranılır. Tərəvəzlər qarışdırılır. Soğan xırda-xırda doğranılır. Tərəvəzlərə əlavə olunur. Yağ, duz əlavə edilir, qarışdırlır. Sonra qarışıq tərəvəzlər servis qabına tökülür. Sonra üzərinə sürtgəcdənkeçirilmiş pendir səpilir.
Mənbə: FOXY.AZ elektron qadın jurnalı