“Son günlər koronavirus pandemiyası artmaqda və insanlarımızı psixoloji cəhətdən sındırmaqda davam edir. Bir çox insanlarımız depressiv hallar keçirir… Bu günlərdə həm özümüzü psixoloji cəhətdən müalicə etməli, həm də immunitetimizi artırmaqla mübarizəyə hazır olmalıyıq”.
Onun sözlərinə görə, hazırda insanlarımızı ən çox bu sual düşündürür: Necə edək, virus bizdən yan keçsin?
“Demək olar, hamı bunu düşünür. Amma olmazmı ki, həm belə düşünək, həm də immun sistemini elə vəziyyətdə saxlayaq ki, xəstəliyi yüngül keçirək. Çünki bu virusun insandan insana keçməsi çox asandır. Əlbəttə, olar”, — deyə mütəxəssis bildirib.
F. Hüseynov bildirib ki, aşağıdakı məcundan gündə 3 dəfə yeməklə güclü immunitetə sahib olmaq olar.
Lazım olanlar:
- Təzə zəncəfil — 100 qram
- Ud hindi tozu — 100 qram
- Qarazirə tozu — 100 qram
- Çiçək tozu — 100 qram
- Bal — 1 kq.
Təzə zəncəfili yuyub təmizləyib, sürtgəcdən keçirmək, qalan bitkiləri üyüdüb toz formasına salıb, hamısını balla qarışdırıb, gündə üç dəfə, yeməkdən yarım saat əvvəl bir çay qaşığı yemək olar: