Üz maskaları.

 Yumurta, bal, qatıq evimizdə  hər vaxt olan ərzaqlardır. Amma bu dəfə bunları yemək bişirərkən deyil, gözəllik maskaları tətbiq edərkən istifadə edəcəyik. Hazırsınızmı? O zaman təriflərimizə başlayırıq!

 

 Qidalandırıcı maska –  içində olan badam yağı və yumurta sarısı sayəsində dərini sanki yeni doğulmuş bir körpənin dərisi kimi yumşaq edən bu qidalandırıcı maskanı ayda bir dəfə tətbiq edə bilərsiniz.

 

Vəsaitlər

3 çay qaşığı toz halına gətirilmiş badam

1 çay qaşığı şirin badam yağı

1 çay qaşığı krem

1 ədəd yumurta sarısı

 

Hazırlanması:

Sıx bir konsistensiyaya gələnə qədər bütün vəsaitləri bir kasada qarışdırın.

Tətbiqi: Gözlərin ətrafına dəyməyəcək şəkildə maskanı üzünüzə sürtün. 15-20 dəqiqə saxlayandan sonra ilıq suy ilə durulayın.

 

Nəticə: Qırışıqları dartılmış, daha hamar bir dəri.

Üz maskaları.

 

Yeniləndirici maska – Xüsusilə yaz aylarında uzun, davamlı günəş duşlarının ardından tətbiq etmək üçün ideal bir maskadır. Balın və qliserinin yumşaldıcı təsirləri sayəsində dərinin nəm nisbətini artıran bir maskadır.

 

Vəsaitlər

1 ədəd limon

3 şorba qaşığı bal

Qliserin

 

Hazırlanması:

Limon suyuy ilə balı yaxşıca qarışdırın. 15 qram qliserini əlavə edin və qarışdırın.

Tətbiqi: Hazırladığınız maskanı masaj etmədən üzünüzə və boyunuza yayın. 15 dəqiqəyə qədər üzünüzdə gözlətdikdən sonra ilıq suyla təmizləyin.

 

Nəticə: Dərini təmiz və kökünə qədər nəmləndirir.

 

Üz maskaları. 

 

Rahatladıcı maska –  Bu maska eyni zamanda üzünüzün daha asan bürüncləşməsini təmin edər. Qarışıqdakı vəsaitlər dərini qidaladar və eyni zamanda hamar bir görünüş almasına köməkçi olar.

 

Vəsaitlər

1 ədəd yumurta sarısı

1 kasa qatıq

1 çay qaşığı zeytunyağı

5 damla kök yağı

 

Hazırlanması :

1 ədəd yumurta sarısını 2 çay qaşığı qatıqla qarışdırın. Zeytunyağını və kök yağını əlavə edin.

Tətbiqi: Qarışığı üzünüzə və boyunuza sürtün. 20 dəqiqə gözlədib, ilıq suyla təmizləyin.

 

Nəticə: Dərini, xüsusilə günəşin zərərli təsirlərinə qarşı qoruyan amma bürüncləşməyi də artıran bu maskanın nəmləndirici və qidalandırıcı təsiri özünü dərhal göstərir.

 

Üz maskaları. 

 * Evdə edə biləcəyiniz bədən maskaları

 

Yuxarıda evdə edə biləcəyiniz üz maskalarının təriflərini vermişəm. İndi sıra bədən üçün edilə biləcək maskalardadır… Əgər ipək kimi bir bədən istəyirsinizsə, bu iki maskanı mütləq tətbiq edin!

 

Peeling Kremi –  Bu peeling kremini ayda bir dəfə tətbiq edin. Ölü hüceyrələri təmizləyər və bədənin yumşaq, hamar olmasını təmin edər.

 

Vəsaitlər

1 şorba qaşığı dəniz duzu

3 şorba qaşığı zeytunyağı

 

Hazırlanması :

Kiçik parçalara ayrılmış dəniz duzunu, zeytunyağı ilə yaxşıca qarışdırın.

 

Tətbiqi: İlıq bir duş alın. Hazırladığınız qarışığı, dairəvi hərəkətlərlə masaj edərək bədəninizə sürtün. Bu qarışığı xüsusilə topuqlar, dirsək, diz kimi bölgələrə sıxlaşaraq tətbiq edin. Daha sonra ilıq suyla durulayın.

 

Nəticə: Məsamələri örtən ölü dəri təmizlənir.

 

 Üz maskaları.

 

Bal Maskasıyla epilyasiya –  Dərinin həssas olduğu nöqtələrə tətbiq oluna biləcək balla edilən epilyasiya.

 

Vəsaitlər

1 kasa bal

Limon suyu

Bez parçaları

 

Hazırlanması :

Sönük atəşdə balı isidin. Sıx bir konsistensiyaya gəldiyində bir neçə damla limon suyu əlavə edin. Soyumağa buraxın.

 

Tətbiqi: Hazırladığınız qarışığı tüklərin olduğu yerlərə yayıb, bir neçə saniyə gözlədin. Skoçun üzərinə nazik bir bez parçası yapışdırıb, üzərini düzəldin. Tüklərin tərsi istiqamətində çəkin. Daha sonra soyuq suyla təmizləyin.

 

Nəticə: Hamar, ipək kimi bir bədən!

Əvvəlki məqaləCinsi həyatı məhv edən 7 vərdiş
Növbəti məqalədəƏtirlər haqqında bunları bilməniz gərəkdir