Uşaqlarda lazımsız vərdişlər

ana-bala
Uşaqlarda artıq hərəkətlər

Uşaqların çoxusu
barmağını sorur, dırnağını çeynəyir, burnunu qurdalayır və pis sözlər danışmağa
meyl göstərirlər. Biz böyüklər isə buna görə özümüzdən çıxırıq: ”Adama neçə dəfə
deyərlər ki, eləmə!”. Çox vaxt isə bizə elə gəlir ki, uşaq bizim acığımıza belə
edir. Çox az adam düşünür ki, belə xoşagəlməz davranışın arxasında yetərincə
mürəkkəb, bəzənsə həllolunmaz daxili münaqişə gizlənir.

Uşaqlarda lazımsız vərdişlər

Səbəblər…
Uşağın dırnağını gəmirməsi,
yaranın qaysağını qoparması, barmağını sorması ətrafdakılarda xoşagəlməz təəssürat
yaradır. Tənbeh və ya əlinin üstünə vurmaq heç də həmişə təsir etmir. Valideynlər
bilməlidirlər ki, bu “vərdişlər” uşaqlarda nevrozun  əlamətləridir.  Uşaq bununla öz həyəcanını azaltmağa, böyüklərin
ona qarşı diqqətsizliyini, yaxud öz qorxusunu dəf etməyə cəhd göstərir. Bu
halda istənilən sərt tədbir xəstəliyin inkişafına təkan verəcəkdir. Odur ki,
hövsələnizi basıb, xoşagəlməz vərdişlə yox, onu doğuran səbəblə mübarizə
aparın.

Uşaqlarda lazımsız vərdişlər

Həqiqəti tapmaq gərəkdir…
Uşağın normal
inkişafına mane olan pis əməllərlə hər birimizdə olan bəzi qəribəlik və xırda –
para vərdişləri  1-1-dən ayırmaq lazımdı.
Belə ki, əgər bütün dəftər kitabı stolun üstündə deyilsə, kimsə dərslərini
hazırlaya bilmir. Və ya başqası sevimli oyuncağını  yatanda qucağına almırsa gözünə yuxu getmir.
Bu tam normal bir şeydir. Çünki bu vərdişlər ətrafdakılara zərər vermir. əgər
uşaq xoşagəlməz vərdişi tərgidə bilmirsə onu psixoterapevtə göstərmək lazımdır.

Uşağa yaraşmayan həzz…
Elə hallar olur ki,
“onunla” hətta 5-6 aylıq körpələr də məşğul olur.))) uşaq masturbasiyası həmişə
çox güclü anlaşılmazlıq və narahatlıqla qarşılanır. Lakin sərt tədbir görməyə
ehtiyac yoxdur. Bu, heç də uşağın tərbiyəsizliyini göstərmir. Uşaqlar bu üsulla
ehtiyac duyduqları ana ilə vücud təmasını əvəz etməyə çalışırlar. Belə halda
balacaya öz mehribanlığınızı, onu sevdiyinizi göstərin. Onu qucağınız alın,
onunla oynayın, kürəyini ovxalayın. Masturbasiyanın 2-ci səbəbi sinir sistemindəki
pozğunluqla bağlı ola bilər. Belədə pediatr və ya nevropotoloqla məsləhətləşin.
Buna görə balacanı danlamayın.

Bələkli dəcəl…
Çağaların oyaq
vaxtı boş əmziyi, dilini, barmağını, yaxud şaxşaxı uzun müddət sorması, ağızdan
nəfəs alması, dodaqlarının aralı qalması onların zərərli vərdişləri sayılır. Bu
cür vərdişlər çənənin düzgün inkişafına mane olur, diş – çənə anomaliyaları törədir,
və tez-tez soyuqdəymə xəstəliklərinə gətirib çıxarır. Çox emosional olan çağaya
yatmazdan əvvəl əmzik vermək olar.  Körpə
yuxuya gedən kimi əmziyi ehmalca onun ağzından çıxarmaq lazımdır. Açəq havada da
körpənin əlini ağzından çıxarın, onun diqqətini daha maraqlı və xoşagələn məşğuliyyətə
yönəldin. Evdə körpəyə qolları tikili “bodi”
geydirmək də olar.

 
Əvvəlki məqaləQadınlar və kişilər bir-birlərindən nə istəyirlər?
Növbəti məqalədəBu kişilərdən uzaq qaçın!