sağlamlıq

İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.

Rusiyalı həkim-diyetoloq İrina Lizun immun sisteminə ziyan vuran qidalar haqqında məlumat verib.

Həkimin sözlərinə görə, immun sisteminin 2 ən böyük düşməni şəkər və transyağlardır.

“Şəkərin çoxlu miqdarda istehlakı bağırsaqların mikrofloranı pozur, mikroflora isə orqanizmin immun reaksiyalarını fəallaşdırır. Transyağlar bitki yağlardan “kərə yağı”na oxşayan yağların hazırlanması nəticəsində əmələ gəlir. Transyağlar yarımfabrikatlarda çoxdur və onlar da immun funksiyasına çox mənfi təsir edir” – həkim bildirib.

Həmçinin İrina Lizunun sözlərinə, tərkibində çoxlu miqdarda aromatizatorlar, boyaq maddələri, dadvericilər olan qidalar da immunitetin vəziyyətinə pis təsir edir.

Həkim-diyetoloq xəbərdarlıq edib ki, qidalanmada daim eyni məhsulların olması orqanizmdə vitamin, mineral və antioksidantların defisitini yaradır ki, bu da immuniteti zəiflədir.

“Qidalanmada yağ və karbohidratlarla zəngin olan eyni qidaların olması immun sistemi üçün çox ziyanlıdır”, – həkim qeyd edib.

Əvvəlki məqaləBədəninizdə neqativ enerjinin olduğunu göstərən əlamətlər
Növbəti məqalədəUğurlu qadınların sirrləri