Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm.

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:

  1. Cildin tipi
  2. Tonal kremin tipi
  3. Cildin alt tonu
  4. Cildin rəngi

İnsanın dərisinin hansı cild tipinə aid olması genetik faktorlardan daha çox asılıdır. Ancaq ekoloji vəziyyət, hormonal dəyişikliklər, tibbi müdaxilələr, kosmetik məhsullardan yanlış istifadə və s. səbəblərdən asılı olaraq cild tipi dəyişə bilər. Cild tipləri çox fərqlidir, lakin ümumiləşdirilmiş şəkildə cildin aşağıdakı tipləri fərqləndirilir: quru, yağlı, normal və karma cild.

  • Quru cild  — Yuyandan sonra gərilən, qızaran cild tipidir. Tez qırışır, həssasdır. Belə cild tipiniz varsa çox su içməyə çalışın, üzünüzü çox isti və ya çox soyuq su ilə yumayın. Nəmləndirici kremdən istifadə edin və kosmetik məhsullarınızı düzgün seçin.
  • Yağlı cild  — Cild parlaq görünür, qara nöqtələr və məsamələr olur. Yağlı olmasına baxmayaraq, belə cildləri də nəmləndirmək lazımdı. Təmiz saxlanmalıdır. Sabunla yuyulmamalıdır. Onun yerinə yağlı dəri üçün olan təmizləyici gel istifadə edin. Məsələn
  • Normal cild  — Bəxtəvərlərin cild tipi:) Məsamələr olmur, cildin təbii parlaqlığı olur, qüsurlar olmur və ya çox az olur.
  • Karma cild (combination skin)  — Üzün dərisi bəzi hissələrdə quru, bəzi hissələrdə isə yağlı olur. Çənə və «T zonası» deyilən burun, alnın bir hissəsində dəri yağlı olur, göz ətrafı və yanaqlarda isə quru. Bu dəri tipinə qulluq etmək çətindi. Belə ki, yağlı və quru bölgələrə müvafiq olaraq yağlı və quru dərilərə uyğun qulluq etmək lazımdır.

Cild tiplərini ayırdıq, keçək onlara uyğun tonal krem seçməyə. Deməli, tonal kremlərin sulu (water based), yağlı (oil based), pudralı (powder based), susuz (water free), yağsız (oil free) növləri olur. Bu sözlər adətən ingilis dilində olmaqla, tonal kremlərin üzərində yazılır. Bu yazıları mütləq oxuyun və dərinizin tipinə uyğun olanı seçin. Yağlı tonal kremləri quru cildlilər istifadə etməlidir. Sulu tonal kremlər quru cildə meylli normal cildlər üçündür. Water based tonal kremlərin adına baxanda yağlı dərilər üçün olduğu düşünülsə də, tərkibində az da olsa yağ olduğu üçün quru dərilər və karma dərilər üçün uyğundur. Pudralı tonal kremlər yağlı və yağlılığa meylli cild tiplərinə uyğundur. Pudralı, toz məhsullar cildi qurudur. Aydındır ki, belə tonal kremləri quru dəriyə istifadə etmək dərini daha da qurudar. Yağsız tonal kremlərdən adından da göründüyü kimi yağlı və sivilcəli cildi olanlar istifadə etməlidir. Əgər yağlı və ya karma cildiniz varsa gedib oil based tonal kremlər almayın ki, keyk feys (cake face) olmayasınız. Susuz tonal kremlər isə qalıcılığı çox olan tonal kremlərdir və tez-tez istifadəsi düzgün deyil.

Tonal kremlərin aşağıdakı tipləri var:

1) Maye tipli tonal kremlər (Liquid foundation)- Adından göründüyü kimi su kimi axıcı kremlərdir.

Tonal kremin düzgün seçilməsi

Ən geniş yayılmış tipdir demək olar. İstifadəsi çox rahatdır, adətən şüşə qablarda olur. Belə tonal kremlərdən demək olar ki, bütün cild tiplərinə uyğun olanını tapmaq olar. Fırça ilə, süngərlə və ya əllə istifadə oluna bilər. Fırça və süngərdən istfadə edirsinizsə onları tez-tez təmizləyib yumağı unutmayın. Əks halda süngərdə toplanmış mikroblar dərinizə keçib xoş olmayan nəticələr yarada bilər. Örtücülüyü orta səviyyədə olur adətən.

2) Krem tipli tonal kremlər (Cream foundation) — Quru və normal dərilər üçün uyğundur. Çünki içində yağ və nəmləndirici maddələr çoxdur. Digər tonal kremlərə nisbətən daha qatıdır. Ləkə və qüsurları bağlama xüsusiyyəti çoxdur. Daha çox qış aylarında və axşam makyajında istifadə etmək məsləhətdir.

Tonal kremin düzgün seçilməsi

3) Stick tonal kremlər — Tərkibində yağ və rəng piqmentləri olur. Bunların da tərkibi krem kimi olur. Belə tonal kremləri çox ləkəli cildlərdə istifadə etmək lazımdır.Tərkibindəki rəng piqmetnləri dərini eyni rəngdə saxlamağakömək edəcəkdir. Qırışıqlıqları olan və yaşlı dəridə isə stick foundation qırışıqlıqları daha da qabarıq göstərəcəkdir.Ona görə belə cildiniz varsa üzərindən pudra da vurun. Yağlıya meylli normal cildlər üçün uyğundur.

Tonal kremin düzgün seçilməsi
 4) Krempudra (Powder or compact foundation) – Adından da göründüyü kimi həm pudra həm tonal kremdir. Tonal kremin düzgün seçilməsiMakyaja çox vaxt sərf etmək istəməyənlər üşün yaxşı seçimdir. Asan olması, ikisi birində tərkibi ilə cəlbedici olsa da, məncə daha çox yağlı cildlərə uyğundur. Çünki tərkibində yağ azdır. Əgər quruya meyllinormal cildiniz varsa və ya quru cildiniz varsa cildi qurudar və üzdəki qırışları göstərə bilər. Belə tonal kremlərin toz halındavə sıxışdırılmış formada (şəkildəki kimi) olanları olur. Toz halında olanlar fırça ilə, sıxışdırılmış olanlar süngərləistifadə edilməlidir. Süngəri əgər azca isladıb istifadə etsəniz daha yüngül təbəqə əldə edə bilərsiniz.

5) Köpük tonal kremlər (Mousse foundation) — Maye tonal kremlər kimidir sadəcə köpüklü formada. Çəkdikdən bir neçə dəqiqə sonra üzdə oturur və pudramsı görünüm verir. Çox yüngül təbəqə halında olduğundan qırışıqlıqları bildirmir və cildin rəngini eyniləşdirərək, bötüv hala gətirir. Yaşlı və quru cildlər üçün yaxşı seçimdir.

Tonal kremin düzgün seçilməsi
Bir də rəngli nəmləndirici (tinted moisturizer) deyilən bir şey var. Bunlar nə tonal kremdir nə də bb və ya cc krem. Tonal kremlər qədər örtücü, ləkə bağlayıcı xüsusiyyəti yoxdur. Daha çox isti havalarda, ürəyimiz çox makyajdan istifadə etmək istəməyəndə yaxşı seçim ola bilər. Cildi nəmləndirir və bir az da rəng qatır. Ton seçimləri genişdir.

Gəldik cildin alt tonu məsələsinə. Bəli cildin gözümüzə görünən rəngindən başqa alt tonu da olur. Bu barədə çox adam bilmir və ya eşitsə də ciddi yanaşmır. Amma nahaq yerə. Geyindiyimiz paltardan, ziynət əşyasından tutmuş kosmetik məhsullara qədər cild alt tonumuzdan asılı olaraq bizə yaraşan və yaraşmayanı ola bilir. Məsələn, iki qaraşın qızdan birinə sarı rəng yaraşmasına baxmayaraq, digərinə yaraşmaz. Və ya hərdən eşidərik bu paltar sənin rənginə düşür. Bunların səbəbi cildimizin alt tonundadı, yoldaşlar.

Cild alt tonu üç cür olur:      

  1. Soyuq (cool və ya rosy) – Mavi, qırmızı, çəhrayı, bənövşəyi rənglər yaraşır belə adamalara.
  2. İsti (warm və ya yellow) – Qəhvəyi, sarı, qızılı, narıncı, koral, bej, zeytun yaşılı rənglərin adamları.
  3. Neytral (neutral) — İki tonun qarışığıdır. Hər rəng yaraşır onlara.

Cildinizin alt tonunu müəyyən etməyin bir neçə üsulu var. İndi bunu və ya bunu oxuyaraq əvvəlcə alt tonunuzu tapın.
Warm alt tonuna sahibsinizsə bej, bronz, buğdayı, karamel, bal rənglərinə yaxın tonal kremlər seçin. Üzərində «rosy» yazılan tonal kremi almayın, «creamy» yazılana baxın. Cool alt tonuna sahibsinizsə «rosy» yazılan tonal kremlər sizin üçündür. Çünki belə tonal kremlərdə çəhrayı baza rəngi kimi istifadə olunur. Neutral alt tondasınızsa hər iki tonal kremdən cildinizə daha çox uyğun olan tonu seçə və ya bir neçə tonal kremi qarışdırıb öz kreminizi yarada bilərsiniz.

Tonal kremin hansı cild alt tonuna aid olması onların üzərində göstərilmir çox vaxt. Göstərilsə də bu hər markada fərqli və qarışıq ollur. Misal üçün, «MAC»ın ten məhsullarında bu kodlar «W» (warm), «C» (cool) «N» (neutral), NW (neutral warm), «NC» (neutral cool) kimi göstərilir. «Loreal» -da isə «R» soyuq, yəni cool, «D» isti, yəni warm alt tonunu bildirir.
Deməli, alt tonumuza uyğun tonal kremi özümüz seçməli oluruq.
Belə seçimi etməyinizi asanlaşdıracaq ipuclarını da verim:

— Tonal krem və digər ten məhsulları almaq üçün kosmetika dükanına gedərkən üzünüzdə tonal krem və ya digər rəngləndirici kremlərin, kirşanın olmamasına və cildin təmiz və nəmləndirilmiş olmasına fikir verin.
— Tonal kremi yuxarıda yazılanlara əsasən seçdiniz tutaq ki, uyğun tonu tutmaq üçün əlinizə, biləyinizə, alnınıza yox, üzlə boynun birləşdiyi yerə, çənə sümüyünün üstündən boğaza doğru vurub yoxlayın.
— Bu zaman mağazanın işıqları yanıldıcı ola bilər. Ən düzgün effekt gün işığında bilinir. Ona görə tonal kremi vurub mağazadan çıxın və gün işığından baxın, əgər cildinizə süni qalmırsa, cake face olmamısınızsa, tonu uyğun gəlirsə və üz dərisindən seçilmirsə, ləkə varsa ləkəni bağlayırsa doğru yoldasınız demək:)
— Əgər bundan sonra da əmin olmamısınızsa test kimi çəkdiyiniz həmin tonla gedin gün ərzində başqa işlərinizin ardınca. Gün ərzində qərar verin bəyəndiyinizə. Belə olanda tonal kremin strukturu (yağlı olması, üzdə quruyub qurumaması, qırışları bildirib bildirməməsi) də aydın bilinəcəkdir.
— Mağazadakı işçilər çox vaxt işi tələsiyə gətirir və düz kömək etmirlər. Hamısına aid deyil amma çoxusu belədir. Xüsusilə də endirim vaxtlarında  adam çox olur və bütün alıcılara lazımi vaxt ayrılmır.
— Tonal krem almağa gedəndə ağ köynək və ya paltar geyinsəniz yaxşı olar. Belə olsa kənar rənglər düzgün tonu seçməyinizə mane olmaz.

«MAC» məhsullarında cool warm məsələsibir az qarışıqdı, tərsinədir belə deyək:) Yuxarıda da qeyd etdiyim kimi,  «W» (warm), «C» (cool) «N» (neutral), NW (neutral warm), «NC» (neutral cool)  cildin alt tonunu bildirən kodlardır MAC-da. Ancaq burada məsələ ondadır ki, C isti alt tona sahib olanlar üçün, W isə soyuq alt tonlular üçün nəzərdə tutulub. Daha çox rast gəlinir «NW»  və «NC» kodlarına. Bunlardan birincisi soyuğa meylli neytral tonlar, ikincisi isə istiyə meylli neytral tonlar hesab olunur. Hətta deyilənə görə, buradakı N hərfi «not» sözünün baş hərfidir və uyğun olaraq «not warm» və «not cool» deməkdir. Buna görə bizə tərs gəlir.

MAC kodlarını ümumiləşdirilmiş şəkilsə göstərsək:

       C — «Cool» (Soyuq) — Sarı/zeytuni alt tonu üçündür.

  • NC – “Neutral Cool” (Neytral soyuq) — qismən isti alt tonu üçündür.
  • NW – “Neutral Warm” (Neytral isti) — Qismən soyuq, çəhrayı alt tonu üçündür.
  • N – “Neutral” (Neytral) — Neytral alt tonu üçündür.
  • W – “Warm” (İsti) — Soyuq, çəhrayı alt tonu üçündür.



Qeyd: Tonal kremi istifadə etməmişdən əvvəl dərinizi yenə cild tipinizə uyğun aldığınız nəmləndirici kremlə nəmləndirməlisiniz.  Bundan başqa, tonal kremlər, eləcə də nəmləndirici və digər kremlər alarkən xüsusilə də yay aylarında SPF faktorun olmasına diqqət edin. SPF (sun protective factor) günəşdən qoruma faktorudur. Əgər çox şəkil çəkdirəcəyiniz bir yerə gedirsiinizsə, kremdə SPF-in çox olmamasına diqqət edin. Çünki SPF işığı yansıtma xüsusiyyətinə malikdir və üzünüz şəkildə çox ağ, flash düşmüş kimi çıxa bilər.

Mənbə: kayzen.az

Əvvəlki məqaləYaş saçlarla yatmaq HANSI FƏSADLARA yol açır?
Növbəti məqalədəYuxumuzdakı rənglər nəyi ifadə edir?