$2
*Təbii kosmetik məhsullar,hər hansı bir süni maddə ehtiva etmədikləri üçün, saxlanmasına və istifadə müddətlərinə diqqət yetirilməlidir. Şəfalı bitki dəmləmələri və qida maddələri ilə hazırlanan kosmetiklər dərhal istifadə edilməlidir.
*Bitki mənşəli yağlar bir neçə ay boyunca xarab olmadan dayana bilərlər. Kremlər və losyonlar da ən çox iki həftə içində istifadə edilməlidir.
*Mətbəxdə hazırlanan təbii kosmetiklər ilə dəriyə, saçlara və dırnaqlara heç bir zərər vermədən baxım edilə bilər. Amma bu baxım müddətində də problemlər yaşana bilər.
*Daha əvvəl davamlı hazır kosmetik məhsulu istifadə edənlərdə, təbii kosmetik məhsullar bəzən sızanaq və ya dəri məsamələrinin iltihablanması kimi reaksiyalar meydana gətirə bilər. Allergiyalarda isə vəziyyət dəyişikdir. Bəzi bitkilərə və ya bitki yağlarına qarşı dəri dərhal və ya qısa bir müddət sonra,qızartı və ya qaşıntı kimi reaksiyalar verə bilər. Bu vəziyyətdə, allergiyaya gətirib çıxaran reseptin istifadəsinə dərhal son verilməlidir.
*Əgər imkan varsa, kosmetik məhsulların mütəxəssis həkim tövsiyəsi ilə istifadə edilməsi daha faydalı olar.
Yulaf maskası: Bişmiş yulaf əzməsini üzünüzə çəkin, 15 dəqiqə qurumasını gözləyin. Daha sonra üzünüzü ilıq suyla təmizləyin. Bu maskanı bədəninizə də tətbiq edə bilərsiniz. Dərinizdəki dəyişikliyi dərhal hiss edəcəksiniz. Dərinin dərininə təmizlənməsini təmin etmək və qara nöqtələrdən xilas olmaq üçün 100-100% təsirlidir. Bu maska həddindən artıq yağlanmanın da qarşısını alır.
Avokado maskası: Qış mövsümünün sərt təsirini üzünüzdən silə bilmək üçün ideal həll. Püre halına gətirilmiş avokadoya bir iki damla zeytunyağı və limon suyu əlavə edin. Üzünüzə çəkib 10 dəqiqə gözləyin. Avokado maskası üzünüzdəki nahamar təbəqəni yox etməklə anaşı ayrıca sağlam bir dərinin ehtiyacı olan vitaminləri də təmin edər.
Limon peelingi:Yağlı dəri üçün tətbiq olunar. 2 xörək qaşığı dolusu incə rəndələnmiş limon qabığı, 2 yemək qaşığı yulaf unu və 6 yemək qaşığı dolu buğda kəpəyi yaxşıca qarışdırılır və bir az su əlavə olunaraq elastik bir sıyıq halına gətirilir. Dairəvi hərəkətlərlə, 2-3 dəqiqəlik bir müddət boyunca dəri təmizlənir. Bol ilıq suyla yuyulur.
Lavanta suyu: Qarışıq dəri üçün təklif edilir. Səhərlər və axşamlar, bir pambığı lavanta suyu ilə isladın və üzünüzə, boyunuza,sinənizə çəkin.
Yağlı dəri üçün lavanta suyu: Bu qarışıq dərinin canlanmasını təmin edir. 50 ml lavanta destile suyu, 2-3 damla nanə yağı və 1 çay qaşığı dolu alma sirkəsini bir şüşə qabın içində yaxşıca çalxalayaraq qarışdırın. Üzünüzü, boyunuzu və sinənizi, bu mayeylə islatdığınız bir pambıqla təmizləyin.