Eybəcər qadınlar, sağlamlıq cəhətdən daha şanslıdırlar

Eybəcər qadınların ən böyük üstünlüyü nədir?

Böyük burun,
yekə qulaqlar, geniş omba… Dərd etdiyiniz fiziki xüsusiyyətlərin
əslində, sağlamlıq üçün faydalı olduğunu bilirdiniz? Bunları öyrənmək
bir çox eybəcər qadınların təsəllisi olacaq. Elə isə eybəcər insanların
hansı üstünlüklərə malik olduğunu nəzərdən keçirək.
 

Böyük ombaların faydaları –  Araşdırmalara görə böyük omba pis xolesterolu aradan qaldırıb, damar
sərtləşmələrinə qarşı qoruyucu olan yaxşı xolesterolu yüksəldir. Həm də
böyük omba diabet riskini də azaldır. Yağlı olmağın da əhəmiyyəti var.
Ombadakı və qıçlardakı yağlar yaxşı, amma qarın ətrafındakı yağlar
pisdir.

 
Kiçik döşlərin faydaları
Böyük döşlər kürəkdə ağrıya səbəb ola bilir. Digər tərəfdən kiçik
döşlər daha həssasdır. Aparılan araşdırmaya görə böyük döşlər, kiçik
döşlərdən 24 faiz az həssasdır.
 
Böyük qulaqların faydaları – Böyük qulaqlar yaşlanmaqla birlikdə yaranan eşitmə zəifliyinin
qarşısını alır. Qulağımızın xarici hissəsi səsləri müəyyən bir yerə
toplamaqda əhəmiyyətli rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün
əllərini qulağının arxasına qoyduğunu görmüşük. Qulaq daha böyük
olduğunda qulaq kanalınızda səslər daha yaxşı eşidilir.
 
Qalın barmaqların faydaları
Cazibədar görünməsələr də, qalın barmaqlarınız varsa, özünüzü şanslı
saymalısınız. Alimlər hesab edir ki, qısa və qalın barmaqlar insanların
daha yaxşı qaçmalarına kömək edir. Uzun barmaqlarla bu funksiyaları
yerinə yetirmək, daha çox enerji tələb edir. Uzun barmaqlılar daha
elastik tirlərə sahib olduğundan daha çox yaralanırlar.
Qısa ayaqların faydaları – Araşdırmalar göstərir ki, qıçları qısa olan adamların sümükləri daha
qalın və möhkəm olur. Möhkəm sümüklər sağlam yaşlılıq üçün çox
əhəmiyyətlidir.
Böyük burnun faydaları – Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan tozları və
bakteriyaları tənəffüs etməmizə maneə törədir. Araşdırmaçılar böyük
burunların çirkləri içinə 7 faiz daha az çəkdiyini göstərir. Böyük
burunlar eyni zamanda soyuqdəymənin təsirlərini də azaldır.

 

Əvvəlki məqaləTəbii maskalardan gələn gözəllik və dəri baxımı
Növbəti məqalədəHər gün bir kasa üzümün faydaları