Sonsuzluq və onun bəzi Səbəbləri

Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək ol¬duğu dövr 20-26 yaşlar arası olub, bu şans 30 yaşından sonra sürətlə azalmaqdadır.
Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%,  20-24 yaş arası 91%,  25-29 yaş arası 86%,  30-34 yaş arası 77%,  35-39 yaş arası 60%, 40-45 yaş arası 30% dir.
Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk bir ili içində hamilə qalma şansı 75% olarkən, bu nisbət bir il artıq gözləməklə, yəni 2 ilin sonunda ancaq 10% artaraq 85% ə qalxır.
Cütlərin uşaq sahibi olma istəyi:  Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır.
Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda an¬caq 4.5% nisbətində bir sonsuzluq rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır.
Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uy¬gun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır.
Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu “üz-üzə” olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üstü yatması da hamiləlik şansını artırmaqdadır.
Cinsi əlaqənin ağrılı olması: ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu səbəbdən də istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədərək, hamiləlik şansını azaldar.
Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər.
Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir.
Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri də daxil-dir.
Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır.
Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.

Əvvəlki məqaləVerdiyiniz kiloları geri almamaq üçün bunu oxuyun
Növbəti məqalədəSağlam qidalanma menyusu və vacib şərtlər