Sistit xəstəliyi haqqında bilmədiklərimiz

Hər dəfə analarımız qızlarına əyinlərini və ayaqlarını isti geyinməyi tövsiyyə edirlər. Amma gənc qızların çoxusu bu tövsiyylərə heç də qulaq asmırlar. Gözəllik naminə öz sağlamlıqlarını qurban verirlər. Yalnız çox sonralar anlayırlar ki, müdrük analarımız haqlı imiş. Çünki az vaxtdan sora, bir çox qadın xəstəlikləri və sistit xəstəliyi problemləri ilə uzləşirlər. Təəssüf ki, bir çox qadınlara sistitin əlamətləri tanışdır. Bu əlamətlər – sidiyə gedərkən yanma və batma kimi ağrılar, tez-tez və az-az sidiyə getmə və qasıq nahiyəsində olan ağrılardır.


Bəs sistit nə deməkdir?
Tibbi termində son – its intihab ( vaspoleniya ) deməkdir. Sistit – sidik kisəsinin intihabı deməkdir. Bu xəstəlik sidik yollarının və cinsi orqnın ən geniş yayılmış və ciddi tibbi problemlər yaradan xəstəlikdir. Sistitlə ən cox qadınlar üzləşirlər. Bu da biz qadınların anatomik xüsusiyyətlərinə görədir : qadınlarda kişilərə nisbətən sidik kanalı yolları qısa və geniş olur. Buna görə də, infeksiya sidik kisəsinə düşür. 20-25 % qadınların çoxusu sistit xəstəliyindən əziyyət çəkirlər, 10%-də isə, artıq xroniki formaya
keçib və hər il bu rəqəmlər artmaqda davam edir.
Sistitin yaranma səbəbləri.
Sistitin əsas yaranma səbəbi – bağırsaq çöpü ( 80% ), Chlamyidia, ureaplasma, göbələk növü Candid. Chlamyidial yoluxma halları qadınlarin 33-42% yaranır.
Unutmayın ki, sistit orqanizmə düşən kimi, ağrılar baş vermir. Orqanizimin qoruyucu gücü bu xəstəliyin qarşısını almaq üçün hər şey edir. Gücli sistitin yaranması üçün, hipotermia (orqanizimin soyuması) , cinsi orqanların cərrahiyyə əməliyyatı kimi amil faktorlar səbəb ola bilər.

Bundan əlavə, sistitin yaranması üçün qeyd etdiyim faktorlar da səbəb olur :

sidik kisəsi divarlarının və plevik divarlarının qan dövranı pozğunluğu
uzun müddətli oturma vəziyyətində
qəbizlik
sıx geyim
infeksiyalar, vitamin çatışmamazlığı
radiasiya terapeya
istiotlu və qızardılmış yeməklər
Bu gün bizlərə harmonal fonun və sistitin əlaqəli olduğu da məlumdur. menopouza, dibet xəstəliyi və metobolik pozğunluq xəstəlikləri olan insanın, sistitə tutulması riski böyükdür.

Sistitin əlamətləri
İlk əlaməti, tez-tez və ağrılı sidiyə getmə olur. Qasıq nahiyəsi və qarın nahiyəsinin sağ və sol tərəfində ağrı olarkən, lazımdır ki, mütləq uroloqa müraciət edəsiniz. Həkim ilk növbədə sizdən sidik və qan analizi götürərək diaqnoz qoyacaq. Əgər diaqnozunuz təsdiqlənərsə, həkim antibakterial dərmanlardan istifadə edərək 7-10 günlük müalicə yazır.
Sistit müalicəsinin əsas sahələri bunlardır : antibiotik terapiya, yerli və anti-iltihab terapiya, aşağı sidik yollarının urodinamik pozğunluqlarının likvidasiyası, gigiyena və cinsi amillərin korreksiyası, immun stimullaşdırılmasıdır. Xəstəyə yataq rejimi və bol maye içilməsi tövsiyyə edilir.
Yadınızda saxlayın ki, heç bir vaxt özünümüalicə ilə məşqul olmayın. Mütləq həkim nəzarəti altında müalicə olunmalıdır. Çünki, özünümüalicə ilə məşqul olmaq xəstəliyi xroniki formaya gətirib çıxara bilər.
Sistitin xalq təbabəti ilə müalicəsi
Bu xəstəliyə bitki ilə qidalanma da yaxşı müalicəvi təsir göstərir. Klyukva – atimikrb faliyyəti ilə, antibiotiklərin təsirini gücləndirirş Buna görə də klyukvdan xalq təbabətində sistitin müalicəsi üçün istifadə edirlər.
Bir çox bitkilərin qarışığı da sistitə yaxşı köməklik edir : ağcaqayın( beryoza) yarpağı, ayıüzümü( tlokyanka) yarpağı, solodka kökü, qarğıdalı saçağı,- bu kopanentlərin hər birindən 20 qr qarışdırıb çay kimi dəmləyib gün ərzində bir neçə dəfə içirik.
Kictikan və vəhşi üzüm yarpağının çayı da gözəl təsir göstərir.

Sistitə tutulmamaq üçün 13 qızıl qayda.
1) Gigiyena və cinsi sağlamlığınıza rayyət edin. Aybaşı zamanı, bezlərinizi və tamponlarınılzı tez-tez dəyişin. Yadınızda saxlayın ki,anal seksdən, vaginal seksə keçmək qəti olmaz !
2) Qadınlar gündə 5 dəfə sidiyə getməlidirlər. Əgər siz özünüzü sıxıb sidiyinizi saxlayırsızsa, o zaman infeksiya sidik kisəsinə asandlıqla düşür.
3) Çox sıx iç geyimi geyinməyin.
4) Soyuq havalarda isti geyinin.
5) Çirkli sualrda çimməyin.
6) Çürük dişlərinizi vaxtlı müalicə edin.
7) Yadınızda saxlayın ki, uroloji, genikoloji və veneroloji xəstəliklər sistitin yarnmasına səbəb ola bilər. Özünümüalicə ilə məşqul olmayın.
8) Uzun müddətli oturmaqdan qaşın.
9) Vaxtlı və vitaminli qadalanmağı unutmayın.
10) Əgər qəbizlikdən əziyyət çəkirsizsə, meyvə-tərəvəzli, lifli qida ilə qidalanın və bol su için.
11) Vitaminlər qəbul edin.
12) Alkaqoldan istifadə az edin.
13) Özünüzü sinir və fiziki tükənməyə gətirib çıxarmayın.

Əvvəlki məqaləDəmir əskikliyinə qarşı necə qidalanmalı?
Növbəti məqalədəGəncliyi saxlamaq üçün nə etməli?