Uzun və ya qısa, əsmər və ya sarışın olmasından asılı olmayaraq çoxlarının saçları ilə bağlı problemi var. Bəziləri onların tökülməsi, bəziləri quruluqdan və sairə problemlərdən əziyyət çəkir.
 
Size saçlar haqqında nəyin doğru, nəyin isə yanlış olduğunu təqdim edirik.
 
1.Saç kəsimi
 
Çoxları əmindir ki, saçları nə qədər tez kəssə, bir o qədər tez uzayacaq. Amma bu, belə deyil. Saçın uzanması üçün onların köklərinə – yəni saç folekullarına qulluq edilməlidir.
 
2. Birin əvəzinə iki
 
Bəzən deyirlər ki, çıxarılan bir ağ tükün yerinə ikisi çıxır. Xoşbəxtlikdən bu doğrudur. Söhbət başdakı bütün ağ tükləri çıxarmaqdan getmir. İlk görünən bir neçə tükdən gedir.
 
3. Düzgün seçilməyən şampun
 
Bu düzdür. slində, saçların tökülməsinin əsas səbəbi hormonal fon, sağlamlıqla bağlıdır. Stress isə bu prosesi daha da sürətləndirir. gər birdən saçınızda güclü seyrəlmə müşahidə etsəniz, təcili həkimə müraciət edin. Çünki bu, ancaq saç yox, daha ciddi problemin xəbərçisi ola bilər.
 
4. Daraq
 
Saçlarınızı nə qədər çox darasınız, onlar bir o qədər gur olar. Çox təssüf ki, bunun heç bir faydası yoxdur. İstəsəniz, 100 dəfə darayın. Ancaq baş dərisinə ziyan vura bilərsiniz. Ona görə də özünüzə və saçlarınıza bu qədər əziyyət verməyin.
 
5. Boya
 
“Saçları boyamaq ziyandır” bu sözlləri, yəqin ki, hamı dəfələrlə eşidib. Burada həqiqət payı var. Belə ki, boyaların tərkibindəki amonyak və kimyəvi birləşmələr saçların tərkibinə ciddi ziyan vura bilər. Amma çalışın tərkibi bəlli olan, içərisində faydalı yağlar və qulluq üçün önəmli maddələr olan boyaları seçin.
 
6. Qida
 
Qidanın saçlara, ümumiyyətlə, təsirinin olmadığını demək düzgün olmazdı. Belə ki, ağır pəhrizlər onların tökülməsi, zəifləməsinə yol aça bilər. Pəhrizdə onlar lazımi vitaminləri qəbul edə bilmirlər. Bunun üçün də mütləq aşağıdakıları yemək lazımdır: – tərkibi vitaminlə bol olan meyvələr – yaşıl rəngli tərəvəzlər (göy-göyərti, brokolli, xiyar və sairə maqnium, K vitamini, ilə bol olduğu üçün dərialtı piy ifrazını artırır) – dəniz məhsulları (sinklə bol olduqları üçün kəpəklə mübarizə aparır) – zeytun yağı (saçlara parıltı və güc verir)
 
7. Şampun dəyişməsi
 
Tez-tez şampunu dəyişmək saçların strukturuna elə də yaxşı təsir etmir. Buna görə, daha yaxşı olar ki, sizə düşən şampunlardan istifadəni uzun müddət davam edin. Saçlar üzərində eksprement yaxşı nəticələr verməyə bilər.
Əvvəlki məqaləİdmandan sonra bunları yemək olmaz
Növbəti məqalədəİnfeksiyalarla mübarizənin təbii üsulları