Səhər yeməyi

 

Səhər yeməyi necə olmalıdır?

Səhər yeməyi niyə bu qədər əhəmiyyətlidir?

İnsanın həzm sistemi elə səliqəli işləmə tempinə malikdir ki, qidalarımızı xüsüsiyyətinə görə müəyyən müddətdə mənimsəyə bilir. Məsələn: 100 qr. meyvə, 1 stəkan süd və yaxşı çiynənmiş bir dilim həzm olunub mədədən bağırsağa keçməsi 3 saata başa gəlir. Gündəlik səhər yeməyinin təxminən yarısı yaxşı bir səhər yeməyindən təmin olunur. Beləliklə səhər yeməyi günün ən vacib qidasınır. Bu qida gün boyunca fiziki və zehni fəaliyyətlər üçün lazımlı enerjini təmin edəcəkdir. Səhər yeməyi yemədikdə piylənməyə səbəb olan kökəlmə problemlərinə tez-tez rast gəlirik. Bundan başqa günortaya qədər aclıq hissi, baş gicəllənməsi və tənbəllik meydana gələ bilər.

 

 Vaxtı və faydası haqqında

 Oyandıqdan 1 saat sonra səhər yeməyini yemək ən münasib vaxtdır. Bununla əlaqədər Hz. Əli ibn Əbutalib belə buyurmuşdur: ”Uzun ömürlü olmaq istəyən səhər yeməyini erkən yesin”. Səhər yeməyini erkən yemək xüsusilə uşaqların sağlam qidalanmaqla birlikdə immun sistemini də gücləndirir. Davamlı səhər yeməyi yeyən tələbələrin dərslərindəki fiziki və zehni performansı yüksək olur. Düzgün qidalanma hətta qocalmağı gecikdirir. Qocalıq dövründə isə görmənin, yaddaşın və əzələlərin zəifləməsinin qarşısını alır.

 

 İdeal bir səhər yeməyi necə olmalıdır?

Enerji istifadəsi üçün karbohidrat, sümüklərin bərkiməsi üçün kalsiyum, qırmızı qan hüceyrələri üçün dəmir, immun sistemi üçün vitamin və mineral ehtiyaclarımızı ödəməlidir.

 

 Mükəmməl bir səhər yeməyi üçün.

1 stəkan süd,1 stəkan portağal suyu və ya sevilən meyvə suyu, açiı rəngdə çay yaşıl çay və ya istənilən bitki çayı da ola bilər. 1 kibrit qutusu qədər pendir, 1ədəd qaynadılmış yumurta, 4-5 ədəd zeytun, 1 x.q bal, bəhməz, mürəbbə, 2-3 dilim çörək ola bilər. Siyahadakıları yaş və sağlıq vəziyyətinə görə artırmaq olar.

Digər, bir mənbədə də bu məsləhətlər verilib…

Səhərlər yemək yeyərkən doyurucu qidalardan istifadə etmək lazımdır. Səhər yeməyi üçün ağ pendir və kəpəkli çörəklə hazırlanan sandviçlər daha münasibdir. 2 dilim çörək və azyağlı holland pendiri ilə hazırlanan tost, şəkərsiz qarğıdalı dənələri və tam yağlı olmayan süd, qaynadılmış yumurta və bir neçə ədəd zeytunla 2 dilim kəpəkli çörək də faydalıdır. Xüsusilə, uşaqların səhər yeməyi zamanı süd, qatıq, pendir və yumurtaya daha çox üstünlük verin. İçmək üçün isə bitki mənşəli çaylar, təzə çəkilmiş meyvə şirələrindən istifadə edin.

 

Həkim məsləhəti

 

Beynin fəaliyyəti üçün ən vacib səhər yeməyidir. Belə ki, hər gün müntəzəm səhər yeməyi yeyən insanların digərlərinə nisbətən daha müvəffəqiyyətli və səmərəli olduqları müşahidə edilməkdədir. Səhər yeməyi yemə adəti olmayan insanlarda fikrini cəmləmə itkisi çox olur. Sadəcə qəhvə içmək yuxunu açsa da, vücuda enerji və qidanı təmin etmir. Üstəlik qəhvə, daha sonra qəbul edilən bəzi qidaların vücudda istifadə olunmasına mane olur. Beləliklə insan bir müddətdən sonra özünü yorğun hiss etməyə başlayır. Bundan başqa qəhvə riyazi və məntiqi qabiliyyətlərə də mənfi təsir edir. Gərgin bir günə başlayarkən: pendir, süd, yumurta kimi tərkibində protein olan qidalardan ibarət bir səhər yeməyi, şirin çay və küncütlü kömbədən ibarət səhər yeməyi ilə müqayisədə daha yaxşı nəticə alınmasını təmin edir.

Xarici ölkələrdə isə səhər yeməyi daha dəbdəbəli olur.

 

Əvvəlki məqaləMenopauza nədir?
Növbəti məqalədəSaçlarınız uzun və sağlam olsun