Ramazanda cinsi həyat necə olmalıdır?

İnanclara görə orucluykən cinsi münasibətdən imtina etməli və iftarla imsak arasında intim münasibətdə olunmamalıdır. Ruhən və fiziki olaraq təmizlənməmiz lazım olan Ramazan ayında cinsi münasibəti əngəlləmək əvəzinə, qəlbləri və beynləri təmizləyən, rahat, balanslı ruh şəkli yaradılmağa çalışılmalıdır. Çünki Ramazan ayında cinsəllik səhv şəkildə sanki günahmış kimi dəyərləndirilir, evli cütlüklərin sağlam formada cinsi münasibət yaşamaqlarına mane olurlar.

Amma tam əksi olaraq Ramazan ayında da sağlam və xoşbəxt şəkildə cinsi münasibət yaşamaq mümkündür. Bunun üçün sizə bütün şübhələrinizi beyninizdən atacaq kiçik araşdırma etdik.

Ramazanda cinsi həyat necə olmalıdır?

Xurafatlar həyatı daha da çətinləşdirir

Qeyd etdiyimiz kimi, Ramazan ayında da sağlam, xoşbəxt və rahat şəkildə cinsi münasibət yaşanması mümkündür. İnsan beynindəki bütün fikirləri bir kənara qoyub, duyğularına diqqətini verə bilər, qorxularını, qayğılarını unudub həmin andan həzz ala bilər. Çünki insanın maddi və mənəvi inkişafı ilə yanaşı, ruh və fiziki sağlamlığını da qorumasında çox vacib yer tutan cinsi münasibət İslam dini tərəfindən insan təbiətinin ən əsas ehtiyaclarından biri kimi götürülür.

Cinsəlliyin orucu varsa, iftarı da olmalı

İnsanlar üçün cinsi arzu və istəklər aclıq, susuzluq kimi təbii haldır. Cinsəlliyin orucu olduğu kimi, iftarı da olmalıdır. Bu səbəblə də, təmizlənmə ayı olan Ramazanda insanlar cinsəlliyi qadağa etmədən könüllərini, beyinlərini və qəlblərini təmizləməlidirlər. Ramazanda bütün pisliklərdən uzaq durub ibadət edildiyi kimi, bütün pislikləri kənara qoyub, gözəl düşüncələri həm də həyat yoldaşınıza yönləndirməlisiniz. Sevgini və ehtirası öldürən, monotonlaşdıran cinsi həyat tərzindən də daha vacib cütlüyün öz düşüncə tərzidir.

Ramazanda cinsi həyat necə olmalıdır?

Oruc insanın sahib olduğu nemətlərdən bir müddət ayrı qalmasına şərait yaradır. İftar vaxtı bu məsafələr aradan qalxır və insan orucunu tutduğu hər nə varsa həmin ləzzətləri həyəcanla dadır, onları yenidən kəşf edir. Bu səbəblə də, iftar, orucu tutulan cinsəlliyi də gözəlləşdirir və cinsi münasibətlərdəki xoşbəxtlik üçün yeni şanslar yaradır. Məhz bu baxımdan cinsəllik də qadın və kişinin bir-birilərinə ruhlarını hədiyyə etdikləri nemət dolu bir süfrədir.

Ramazanda cinsi həyatı ikinci plana keçirmək səhvdir

Ramazan ayında cinsi münasibəti ikinici plana atmaq, ümumiyyətlə, cinsi münasibət haqqında düşünməmək insanı daha çox bu haqda düşünməyə vadar edir. Ramazan ayı boyunca özünə cinsi həyatı yasaq edən cütlüklər, insanlar daha çox narahat olurlar. İftarda ağır yeməklər yeyilirsə bu, insanı narahat edir. Buna görə də, iftardan sonra tez bir zamanda deyil, 1-2 saat sonra insanın cinsi münasibətdə olması çox vacibdir.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləStreçinqlə məşğul olmaq üçün 5 səbəb
Növbəti məqalədəİdmanla məşğul olarkən bu səhvləri etməyin