Əslində “yay vaxtı sekslə məşğul olmaq heç də uyğun zaman deyil” fikirləri tamamilə mifdir. Bəziləri bunu isti havalar, belə isti havalarda bədənlərin bir-birini “sevməməsi”lə əlaqələndirsə də, doğru olan isə qızmar yay günlərində seks zamanı bədənlərin bir-birilərinə daha çox yaxınlıq göstərməsidir. Bəs yayın cırhacırında sekslə məşğul olmağın müsbət tərəfləri hansılardır? Yəqin ki, bu sualın cavabı sizi də maraqlandırır. Bunun üçün kiçik araşdırma edib, sizə bunun 10 müsbət tərəfini təqdim edirik.

Qızmar yay günlərində seksin 10 müsbət cəhəti

1. Sizin günəşdən qaçıb və otaqda kondisionerin sərin havası altında gözəl vaxt keçirmək üçün əla səbəbiniz var.

2. Belə bir fikir var: günorta vaxtı yaxşı seks yaxşı günorta yuxusu gətirir.

3. Günorta vaxtı olan seks daha yaxşı orgazma gətirib çıxardır. Çünki məhz günorta saat 3 – də olan hormonal aktivlik gecələr belə olmur.

4. İsti qan dövranını artırır, bu da o deməkdir ki, orqanlara qan təcili sürətdə lazım olur. Buna görə də, yayda cinsi istək daha çox olur.

5. Yayın qızmar günlərində 7 dəfə duş alsanız belə seksdən sonrakı rahatlığı sizə verməz. Buna görə də, isti günlərdə seks və ondan sonrakı sərin duş, meyvə suyu sizin rahatlığınızı 1-ə 10 artıracaq.

6. Çoxlu dondurma yemək bəhanədir. Qızmar yay günündə fəal aktivlikdən sonra sərinləşdirici nəyəsə ehtiyac duyulur. Bu da, sözsüz ki, dondurmadır.

7. Naharla qəlyənaltı arasındakı müddətdə istiliklə mübarizə aparmağın ən yaxşı yolu gözəl seksdir. Bu, sizin həm yorğunluğunuzu aradan götürəcək, həm də, istini unutduracaq.

8. Belə günlərdə cinsi münasibətinizin parlaq alınması üçün düşünməyinizə ehtiyac qalmır. Çünki pərdə arxasından yatağınıza süzülüb düşən günəşin isti şüaları cinsi əlaqənizi daha da parlaq edəcək.

9. Qızmar günəş altında qaralmaq üçün yatıb qalmaqdansa orgazmın həzzini belə vaxtda yaşamaq daha yaxşı olur. Çünki günəşdən sonra dəridə yaranan yanıqlar, soyulmalar sizə ağrılar verə bilər. Amma isti münasibətdən sonrakı həzz isə yaddaşınıza həkk olunacaq.

10. Qızmar yay günlərindəki seks unudulmaz istirahət üçün də başlanğıc ola bilər. Çünki əla nəticəsi olan cinsi əlaqə isti yay günlərində digər əyləncələr üçün əhvalınızı yüksəldə bilər.

Əvvəlki məqaləİdeal bədənə sahib olmağın 6 qaydası
Növbəti məqalədəMenstruasiya necə olmalıdır? Norma və patologiya