Qidaların intim həyata təsiri

 

“Kişinin qəlbinə yol mədəsindən keçir” sözləri dərin məna daşıyır. Müdrik qadınlar bunu bilir və öz məqsədlərində düzgün istifadə edir. Onlar aşpazlıq sənətini öyrənir, ehtirasın artmasına və seksual aktivliyin əmələ gəlməsinə gətirən müxtəlif yeməklər icad edir. Məgər bütün bu yüksək duyğular və odlu ehtiras birbaşa həzm aktından asılıdır? Ümumiyyətlə kişinin qəlbinə yol mədəsindən keçir” göstərişi haradan yaranıb? Dəqiq desək, yol qəlbə yox seksə keçir. Şübhəsiz bu məsələdə mədədən keçəcəyinin çox yağlı və böyük həcmli olmadığını bilmək vacibdir. Axı həddindən artıq qida (xüsusilə yağlı) potensiyaya yaxşı təsir etmir. Piy seksi məhv edir. Çəki ideal çəkini 15% üstələyirsə seksual ləngimə baş verir. Çox arıq olmağa da dəyməz. Ən aktiv seksual cütlüklər çəkiləri idealdan 5-7% artıq olanlardı və bu həm kişi, həmdə qadınlara aiddir.

 

Qidaların intim həyata təsiri

 

Potensiyanın artırılmasına kömək edən qidaya əlavələrin hazırlanma sənəti orta əsrlərdə yaranıb. Xüsusi ehtiras artırıcı ədvaları icad edən aşpazları fransız, ingilis, ispan krallıqlarında saxlayırdılar. Hind ədviyyatları üçün küllü miqdarda pul ödəyirdilər. Müxtəlif acılı souslara isə fantastik güc aid edirdilər. Onları potensiyanı artırmaq üçün fransızlar icad ediblər. Rusiyada isə ənənəvi olaraq cəfəri və keşniş seksual aktivliyinin qısa müddətli stimullaşdırıcı vasitələri hesab edilirdi. Lakin onlardan sui-istifadə etməyə dəyməz.

 

Qidaların intim həyata təsiri

 

Soğan, sarımsaq, istiot, qıtığotu potensiyanı 3-4 saatlığa yüksəldə bilər.
Maraqlıdır ki, kişini həmişə əla formada saxlayan qida mövcuddurmu? Bəli, bu tərkibində faydalı zülal olan qidadır: kəsmik, yağsız mal, quş və dovşan əti. Axı potensiyanın asılı olan faktorlardan biri qanda testosteron hormonunun toplanmasıdır və bu hormonun xammalı isə zülaldır.

 

Qidaların intim həyata təsiri

 

Çoxsaylı tədqiqatlar göstərib ki, müntəzəm olaraq keyfiyyətli kəsmiklə qidalanan insanlar daha uzun potensiyaya malik olurlar. Kəsmik istehsalının mərkəzləri olan Gürcüstan, İsveçrə, İspaniyada seksual uzunömürlülüyünün heyran doğurducu halları mövcuddur. Bu rayonlarda yaşayan kişilərin seksual həyatının orta uzunluğu 75 yaşdır.
Aşpazlıqda seksual hisslərin yüksəlməsinə gətirən məhsulların xüsusi adı afrozodiaklardır. Çin loğmanları, məsələn, bu məhsullara kərəvizi, kələmi, turpu, kalmarları, krevetləri, yumurtanı, toyuq və göyərçin ətini və həmçinin donuz ətini aid edirlər. Kişinin seksual imkanlarının artırılmasının ən asan üsulu gündə 1 dəfə bir ay ərzində 70 qr qozun qəbulu təşkil edir. Qədim zamanlardan layiqi şöhrəti soğan və toyuq yumurtası qazanıb. Bu məhsullar bir çox həvəs oyadıcı yeməklərə əlavə edilirdi. Son tədqiqatlar soğanın orqanizmdə hormonal tarazlığı tənzimləyən vasitə olduğunu, xüsusən cənub rayonlarda bitən çəhrayı soğan isə cavanlaşmaya səbəb olduğunu təsdiq edib. Yumurta isə öz növbəsində çox güclü enerji daşıyıcısıdır. Sözgəlişi qədim bir misalda deyilir: “İntim münasibətlərdə uğur qazanmaqda güclü stimul almaq üçün gündə ac qarnına yumurta sarısı yemək və ya üç gün dalbadal soğan və yumurta yemək lazımdır. O zaman siz özünüzdə yaranan güc və fantaziyaya mətəl qalacaqsınız ”.

 

Həmçinin potensiyanın artmasına tərkibində reyhan, keşniş, cəfəri gicitikan, cır havuc yarpaqları olan salatı yemək səbəb olur.
Seksual enerjinin yaxşı stimullaşdırıcı vasitələri şokolad və balıqdır. Əbəs yerə deyil ki, qədim yunanlar balığı “həzz hisslərinin qidalandıran məhsul” adlandırıblar.
Qeyd etmək lazımdır ki, seksual həvəsim artması üçün təkcə qidanın keyfiyyəti deyil, həmçinin onun zahiri görünüşü böyük əhəmiyyət kəsb edir. Belə ki, bir çox qərb ölkələrində cinsi orqanlar formasında hazırlanmış xörəklər təqdim edən bir çox restoranlar açılıb. Bu həvəsləndirir.
Belə ki, yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, qida və seks bir-biri ilə qırılmaz bağlıdırlar. Əgər siz uzun və xoşbəxt seksual həyata malik olmaq istəyirsinizsə nəyi və necə yediyinizə
Əvvəlki məqaləBunları hiss edirsinizsə, qaçışınız yoxdur: olümün gətirdiyi ilk əlamətlər
Növbəti məqalədəYaşa görə qadın ehtirası necə dəyişir?