Arı sancmasına yaxşı təsir edən vasitələr

Yay mövsümündə çoxlarının üzləşdiyi və narahatlıq yaradan problemlərdən biri də arı sancmalarıdır.
 
Bu zaman ağrını və şişkinliyi aradan qaldırmağın bir çox yolları mövcuddur. Bəzi təbii vasitələr arı sancmaları zamanı əmələ gələn şişkinliyin aradan qaldırılmasında olduqca təsirlidir.
 
Arı sancmalarında hər hansı prosedurun tətbiqindən əvvəl həmin bölgəni sabun və bol su ilə yumaq önəmlidir. Bu sayədə infeksiyaya səbəb ola biləcək bakteriyalar həmin bölgədən uzaqlaşdırılır. Sonra isə aşağıda təqdim etdiyimiz təbii üsullardan istifadə edilir…
 
Sarımsaq
 
Olduqca populyar olan bu üsul xüsusilə ağrının keçməsini təmin edir. Bir diş sarımsağı əzin və arının sancdığı yerə sürtün.
 
Lavanda yağı
 
Lavanda yağı arının zəhərinin yox edilməsində olduqca təsirlidir.
 
Karbonat və su
 
Karbonat və suyu qarışdırıb əldə etdiyiniz məcunu arının sancdığı bölgəyə sürtün.
 
Soğan
 
Soğanı ortadan kəsin və sulu iç qismini arının sancdığı bölgəyə sürtün.
 
Bal
 
Arı sancmasına yaxşı təsir edən vasitələrdən biri də baldır. Nə qədər qəribə olsa da, bu həqiqətdir. Bal demək olar ki, hər cür sağlamlıq problemində ən təsirli yardımçı vasitədir. Balı arının sancdığı bölgəyə sürtün. Necə təsir etdiyinin şahidi olacaqsınız.
 
Cəfəri
 
Bir neçə cəfəri zolağını doğrayın və sulu halı ilə yaranın üstünə sürtün.
Əvvəlki məqaləVarikozdan qurtulmaq uçun effektli krem
Növbəti məqalədəHəzm sisteminizə köməkçi olan 6 təbii qida!