sağlamlıq

Gözəl və sağlam görünmək üçün vitamin şərtdir. Çünki vitamin çatışmazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha düzgün qayğı və qidalanma tələb edir.

A VİTAMİNİ

Sümükləri, dişləri, toxumaları, dəri və sümük toxumasını gücləndirən A vitamini əsl antioksidant anbarıdır. Xroniki xəstəlik riskini azaldır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma əlamətlərini ləngidir və immunitet sistemini gücləndirir.

Yerkökü, balqabaq, ərik, pomidor, qarpız, gül kələmi, kahı, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, qovun və ciyər A vitamini ehtiva edir.

B2 VİTAMİNİ

Bədənə enerji verir, immuniteti gücləndirir, stresi azaldır, maddələr mübadiləsini yaxşılaşdırır. Boğaz ağrılarını azaldır, ağız yaralarını sağaldır, saç quruluğunu aradan qaldırır.

İçalat, süd məhsulları, tərəvəz, yumurta, soya lobyası, badam, fındıq, göbələk və taxıllar B2 vitamini ilə zəngindir.

B6 VİTAMİNİ

İmmunitet sistemi üçün çox əhəmiyyətlidir. Hormon istehsalına təsir edərək stress, depressiya, ürək xəstəlikləri ilə mübarizə aparır, yaddaş zəifliyini aradan qaldırır. Eyni zamanda qanda şəkərin səviyyəsini tarazlayır. Ürəkbulanmadan əziyyət çəkən hamilələrə də yaxşı təsir edir. Orqanizmdə sözügedən vitaminin çatışmazlığı qan azlığı ilə nəticələnir.

Taxıllar, avokado, banan, ət, lobya, balıq, yulaf, fındıq, tum və quru meyvələrin tərkibində B6 vitamini var.

B7 VİTAMİNİ

Biotin kimi da tanınan B7 vitamini hüceyrə yenilənməsi və yağ turşusunun sintezi üçün lazımdır. Tər vəzilərinə, saçlara və dərinin vəziyyətinə nəzarət edir. Saç uzanmasına kömək edir, dırnaqları qidalandırır. Sümük inkişafı və sümük iliyi üçün əhəmiyyətlidir, xolesterin səviyyəsini tarazlaşdırır.

B7 vitamini balıq, kartof, badam, yerkökü, banan, yemiş, sarı rəngli meyvələr, tərəvəzlər, mərci, bolqar bibəri, yumurta sarısı, soya lobyası, yulaf, süd məhsulları və fındıqda olur.

Gözəl və sağlam görünmək üçün vitamin şərtdir. Çünki vitamin çatışmazlığı orqanizmin zəifləməsinə, xroniki xəstəliklərin yaranmasına, tez qocalmaya gətirib çıxarda bilər. Gözəl və gənc qalmaq orqanizmdən daha düzgün qayğı və qidalanma tələb edir.

A VİTAMİNİ

Sümükləri, dişləri, toxumaları, dəri və sümük toxumasını gücləndirən A vitamini əsl antioksidant anbarıdır. Xroniki xəstəlik riskini azaldır, görmə qabiliyyətini yaxşılaşdırır, yaşlanma əlamətlərini ləngidir və immunitet sistemini gücləndirir.

Yerkökü, balqabaq, ərik, pomidor, qarpız, gül kələmi, kahı, şaftalı, qırmızı bibər, ispanaq, yumurta, süd, qovun və ciyər A vitamini ehtiva edir.

B2 VİTAMİNİ

Bədənə enerji verir, immuniteti gücləndirir, stresi azaldır, maddələr mübadiləsini yaxşılaşdırır. Boğaz ağrılarını azaldır, ağız yaralarını sağaldır, saç quruluğunu aradan qaldırır.

İçalat, süd məhsulları, tərəvəz, yumurta, soya lobyası, badam, fındıq, göbələk və taxıllar B2 vitamini ilə zəngindir.

B6 VİTAMİNİ

İmmunitet sistemi üçün çox əhəmiyyətlidir. Hormon istehsalına təsir edərək stress, depressiya, ürək xəstəlikləri ilə mübarizə aparır.

Əvvəlki məqaləÇörək yeməsək, orqanizmdə nə baş verer
Növbəti məqalədəƏn yaxşı ginekoloq Azərbaycanda kimdir?