Ölkəmizdə həm özəl klinikalarda, həm dövlət xəstəxanalarında xeyli yaşı ginekoloqlar var. Onların arasında ən yaxşısını seçmək təbii ki, çətindir. Elə ginekoloq var ki, təbii doğuşları yaxşı edir, digəri Qeysəriyyə kəsiyi (Kesar əməliyyatı) üzrə ustadır, kimisi ailə planlaması, kimisi də genetik müayinələr üzrə peşəkar sayılır. Amma ümumiləşdirmə aparıb dünyaya “övlad gətirmək üçün ən yaxşı mama-ginekoloq hansıdır?” sualına cavab axtarmağa çalışaq.

Yəqin ki, çoxları şəxsən tanıdığı, öz ailəsində yaxud qohumlarında uğurlu əməliyyat etmiş həkimləri yada salacaq. Amma bugün

24 il övlad həsrəti, 9 düşük, saysız-hesabsız analizlər, həkim qəbulları…Hələ sönən ümidləri, mənəvi stressi, uşaq gözləyən qadının illər uzunu çəkdiyi sarsıntını demirəm. Tanınmış həkimlərə dəfələrlə müraciət etsə də, effektiv nəticə əldə edə bilməyən İlahənin hestasiya müddətində müxtəlif səbəblərdən doğuş uğurla alınmırdı:

  • cift gəlişi
  • böyrək təzyiqi
  • hormonal disbalans
  • döldə hipotrofiya
  • bətndaxili hipoksiya
  • etiologiyası naməlum səbəblər və s.

Elə bir vəziyyət yaranmışdı ki, artıq pənah aparılan həkimlər də kömək edə bilməyəcəklərini deyirdi. Amma yaxşı ki, Hazırda Leyla Medical Centerd-ə işləyən ginekoloq, ölkədə ən tanınmış ginekoloqlarından olan Natiq Məhərrəmov varmış.

İlk öncə xəstədə laparoskopik servikal serklaj əməliyyatı aparıldı. Yeri gəlmişkən, Azərbaycanda bu əməliyyatları də ilk dəfə doktor Natiq 2021-ci ildə aparıb. Uşaqlıq boynunun daxili dəliyində problemi olan, azı 2 dəfə problemli düşüyü olan qadınlar üçün bu tibbi yeniliyi tətbiq etmək xeyli effektivdir.

Hamiləlik müddəti xeyli ağır keçdi: dölün fırlanması, erkən qanaxmalar, ciftin erkən yaşlanması – problemlər dayanmırdı. Amma həkimin peşəkarlığı sayəsində nəhayət ki, 29-cu həftədə Qeysər əməliyyatıyla İlahənin oğlan övladı doğuldu.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Dr.Natiq Maharramov (@dr.natiq_maharramov)

Doktor Natiq Məhərrəmovu digərlərindən fərqləndirən xüsusiyyətlər nədir?

  • empatiya hissinin yüksək olması, xəstəyə şəfqət və qayğı. Xəstəyə qışqıran, hövsələsiz, əsəbi həkimlərdən fərqli olaraq bu həkim xəstəni dinləyir, onu salkitləşdirir, emosional fonun sabit olması üçün öz energetikasını tam sərf edir.
  • savad və yeniliklərə açıq olmaq. Türkiyə təhsilli Natiq bəy müasir trendlərə uyğun müalicə aparır, sovetdən qalma ənənələrə öyrəşmiş həkimlər kimi yerində saymır.
  • böyük təcrübə. Çox sayda əməliyyat etmək, uzun illər ərzində hər cür ginkoloji problemlərlə üzləşmək həkimi təbii ki, daha üst səviyyədə peşəkar edir.
  • yaxşı komanda. Leyla klinikasının özünü bəyənmirəm, amma doktorun köməkçisi Fidan xanımdan tutmuş onunla birgə işləyən neonatoloq həmkarı Fuad İsmayılova qədər həmkarlarının işini yaxşı qiymətləndirmək olar.
  • insani keyfiyyətlər. Başqa həkimlər problemli, riskli xəstəni görəndə özlərini sığortalamağa, riskdən uzaq qaçmağa çalışır. Amma Natiq Məhərrəmov özü optimist insan olduğu üçün xəstəni naümid qaytarmır. Zəngin yaxud kasıb olmasından asılı olmayaraq hər kəsə eyni gözlə yanaşır. Maddi gəliri deyil, xəstələrə necə şəfa verəcəyini düşünür.

doktor Natiq Məhərrəmov

Bəs çatışmayan cəhət? Onu da demək lazımdır. Uzun növbədə dayanmaq xeyli müddət aparır. Ölkənin hər bir yerindən həkimin adını eşidib gəlmiş xəstələr çoxdur, xeyli vaxt əvvəldən qəbula yazılmaq lazımdır, fiziki olaraq belə, doktor çox pasienti qəbul edə bilmir.

Hippokrat andını içmiş tələbələr çoxdur, onlardan həkim işləyən də çoxdur, peşəkar həkimlər o qədər də çox deyil, onların arasında nümunəvi insanlar isə lap azdır. Amma ginekologiya sahəsində əminliklə demək olar ki, cərrah-ginekoloq Natiq Məhərrəmov ən yaxşısıdır.

Əvvəlki məqaləQadınların diqqətinə: Gözəl və gənc qalmaq istəyirsinizsə…
Növbəti məqalədəYağların bədənə bilmədiyiniz faydası