Biz qadınların ağıllarında hər zaman həll etməmiz lazım olan bir gözəllik problemi mütləq var. Çox vaxt ağlımızı qurdalayan bu problemlər, başqasına izah etməyə utandığımız problemlərdən başqa bir şey deyil. Yaxşı bu üz qızardan problemlər hansılardır ? Budur, cavablar…
 
 Yara
 
Yaralar həqiqətən utandırıcı ola bilər. Ən kritik görüşmə günlərində dodağımızda meydana gələn yaralar ən böyük düşmənimizdir. Çirkin yara qabığı, görünüşü və sizə verdiyi narahatlıq hissiylə bütün kefinizi qaçırar.
 
Əgər siz müntəzəm olaraq yara çıxarırsınızsa bir həkimə görünməyinizdə fayda var. Yara kremləri və antibiotik həblər sizə köməkçi olacağı kimi yara çıxardığınız bölgədə qaşınma və şişmə əlamətləri hiss etdiyiniz anda o bölgəyə buz kompres etmək də yaranın çıxmasınıa maneə törədəcək.
 
 
Kəpək
 
Hər kəs mütləq kəpək problemli bir dövr yaşamış olsa da, bu vəziyyət probleminizi daha az utandırıcı etməz. Çiyininizə tökülən kiçik ağ şeylər əslində həlli çox asan bir sağlamlıq problemidir.
 
 
Əsl adı seboreik dermatit olan kəpək, bir iltihablanma problemidir. Sink ehtiva edən saç baxım məhsullarından istifadə edərək qısa müddətdə bu problemdən xilas ola bilərsiniz.
 
 
Üzdəki tüklər
 
Üzünüzdəki tüklərə nizamlı olaraq nəzarət etməyiniz çox əhəmiyyətlidir. Bu siyahıdakı bəlkə də ən utandırıcı gözəllik problemi üzümüzün müxtəlif bölgələrində tək-tük də olsa gözümüzə çarpan tüklərin çıxmasıdır. Burun dəlikləri, bığ bölgəsi və çənənizdəki tüklərə hər gün diqqət yetirməlisiniz.
 
Burun dəliklərinizin bir maqqaş, ya da tük təmizləyici alətlər köməyi ilə nizamlı olaraq təmizləsəniz bu probleminiz ortadan qalxacaqdır.
 
Ağız qoxusu
 
Ağzınızından pis qoxuların yayıldığını hiss edirsiniz? Ağız qoxusu gündəlik ağız və diş təmizliyinizə diqqət etmədiyiniz üçün, genetik və ya pəhriz formanızdan qaynaqlana bilər.
 
 
 
 Bədən sızanaqları
 
Üzümüzdə və ya bədənimizdə sızanaq çıxdığında dərhal ondan qurtulmağa çalışırıq. Sinə dekoltənizdə, ya da bədəninizin digər yerlərində  sızanaq çıxması çox təbii və bir çox insanın başına gələn bir şeydir. Bu səbəblə kədərlənməyin.
 
 
Qoltuqaltı kölgəsi
 
Qatılacağınız bir dəvətə gedərkən geymək üçün, “içində super – seksual görünəcəyəm” dediyiniz, mükəmməl bir strapless paltar aldınız. Lakin xoşbəxtliyiniz qollarınızı yuxarı qaldırana qədər sürdü. Qoltuq altınızdakı qaralmış dəri görünüşcə utandırıcı və xoş olmaya bilər, amma həllsiz deyil. 
 
 Ziyillər
 
Həkimlər, bir çox insanın ziyillərdən şikayətçi olduğunu, lakin çox az adamın bu problemini dilə gətirdiyini söyləyir. 
 
Əvvəlki məqaləDepressiyanın səbəbləri
Növbəti məqalədəSağlamlığınıza zərər verən vərdişlər