qadın kişi

Qərarsız olmayın!
Kişilər qadınların bu xasiyyətlərinə dözmürlər

 

Kişilərin ağıllı,özünü müdafiə edən qadınlardan xoşu gəlir. Amma zərif cinsin bəzi xüsusiyyətləri onları belə özlərindən çıxara bilər.

Kişilərin qadınlarda sevmədiyi 5 xüsusiyyət…

Rəhbər
Güclü, qərarlı, gözü özündən başqa heç kimi görməyən qadınlar kişiləri qorxudurlar. Xüsusilə rəhbər olan qadınlar kişilər ilə münasibətlərində diqqətli olmalıdırlar.

Qərarsızlıq

Çox qərarlılar kimi, heç bir mövzuda qərar verə bilməyən qadınlarda kişilər tərəfindən çox seçilmirlər. Daima qərar evrmək üçün başqasının fikrindən yaralananlar bir müddət sonra qarşısındakını bezdirə bilər.

Dostluq
Ər-arvadın dost olması, birlikdə hərəkət etmək, əylənmək gözəldir. Amma bir həddə kimi. Evdə daima kişi kimi futbola baxan, kişi hərəkətləri edən qadın bir müddət sonra cazibəsini itirəcək.

Şahzadələr

Heç bir işin öhdəsindən gələ bilməyən, hətta buna cəhd belə etməyən “şahzadələr” ilk görünüşdə cəlbedici gələ bilərlər. Amma söhbət ev işləri və evlilikdən gedəndə barmağını belə tərpətməyən qadın heç bir kişi üçün maraqlı deyil.

İlişib qalmaq
Nə olursa olsun daima bir mövzunun üzərində dayanıb qalmaq bir müddət sonra kişiləri boğa bilər. Cütlüklərin bir birini tam tanımadan evlilik kimi ciddi söhbətlərdən danışmaq məsləhət deyil.

Əvvəlki məqaləMenstruasiya haqqında bllmədiyiniz 4 maraqlı fakt
Növbəti məqalədəUğurlu qadının sirləri