tanınmış məhşurlar

Qüsursuz görünmək üçün məşhurlar saç ustası və peşəkar vizajist xidmətlərinə müraciət edirlər. Lakin onlardan bəziləri bu məsələdə öz gücünə arxalanmağa üstünlük verirlər.

Keyt Middlton

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Kembric hersoginyası makiyajını, demək olar ki, həmişə peşəkarların köməyi olmadan özü edir. Keyt saç və makiyajda sadəliyə üstünlük verir. Deyilənlərə görə, bu qız hətta toyunda da makiyajını özü edib. Bu, inandırıcı deyil. Lakin məlum olduğu kimi, krallar çox zaman hər şeyi bacarır!

Keyt Hadson

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Müsahibələrinin birində Hadson etiraf edib ki, makiyaj etmək vərdişlərini hələ uşaqlıqda mənimsəməyə başlayıb. Qeyd edək ki, illərlə makiyaj etməyi öyrənən ulduzun bu əziyyəti hədər keçməyib. Ona görə də aktrisa saç düzümü və makiyajı indi özü müstəqil edir və heç bir çətinlik çəkmir. Bravo!

Diana Kryuger

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Diana Kryuger “Chanel” kosmetika brendinin simasıdır. Bu səbəbdən də onu mühüm tədbirlərə peşəkar vizajistlər hazırlayırlar. Qalan vaxtlar ulduz eyni markanın kosmetik məhsullarından istifadə edərək makiyajını özü edir. Hər iki halda nəticə sadəcə, sarsıdıcı olur.

Şakira

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Bu ulduz hesab edir ki, onu nəyin gözəl göstərdiyini yalnız özü daha yaxşı bilər. Bundan başqa, belə yanaşma ona daha tez, rahat, asan və ucuz başa gəlir. Sözsüz ki, bununla mübahisə etmək olmaz. Cazibədar ulduzun fikri ilə razılaşmasaq da, hörmətlə yanaşmalıyıq.

Lakin Şakiranın kosmetik məhsullardan çox istifadə etdiyini deyə bilmərik. Üzündə makiyaj yox dərəcəsində olur.

Bleyk Layvli

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Bleyk “Youtube” saytında makiyaja və saç düzümlərini izah edən video dərslərə baxmağı xoşlayır. Aktrisanın sözlərinə görə, makiyaj etməyi də bu videolardan öyrənib. Lakin Bleyk peşəkar köməyindən tamamilə imtina etməyib.

Jizel Bündxen

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Dünyanın ən zəngin modeli Jizel Bündxen üzərində peşəkar vizajist və saç ustalarının işləməsini xoşlamır. Bu işin öhdəsindən özü gəlməli olur. Makiyajını və saç düzümünü özü etsə də, nəticə mükəmməldir.

Qven Stefani

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Qven Stefani xüsusi obraz yaratmaq üçün çox axtarışlar edib və bir çox stili sınaqdan keçirib. Yeri gəlmişkən, bunları heç bir stilist köməyi olmadan özü edib. Bu cəhdlər həmişə yaxşı olmasa da, qız sonda özünə yaraşanı tapa bilir. Üstəlik, Stefanin fikrincə, onu uğursuzluqda günahlandırmaq lazım deyil. İnsan həmişə öz səhvlərindən düzgün nəticə çıxararaq öyrənir.

Keyt Uinslet

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Keyt Uinslet də makiyaj ustası rolunu öz üzərinə götürüb. Onda bu, heç də pis alınmır. Aktrisa etiraf edir ki, o, makiyaj etməyi və nöqsanlarını gizlətməyi çəkiliş meydançasında onu bəzəyən peşəkarlardan öyrənib.

Beyons

Özü bəzənib-düzənən məşhurlar – FOTOLAR

Bu gözəlin şəxsi vizajisti olmasına baxmayaraq, özü də tez-tez makiyaj etməyi xoşlayır. Cəmi üç kosmetik məhsulla: qırmızı pomada, tuş və korrektorla ulduz bir neçə dəqiqə ərzində mükəmməl obraz yarada bilir.

Aytən

Əvvəlki məqalə38 yaşlı Ani Lorakın gözəllik reseptləri
Növbəti məqalədəGözəllik ilahələrindən 10 faydalı məsləhət – FOTOLAR