Menopauza(klimaks)  dövrü üçün xüsusi pəhriz istərdinizmi?

 

 

Daha gözəl fiziki görünüşə sahib olmaq və daha sağlam yaşamaq üçün tez-tez müxtəlif pəhrizlərə müraciət edirik və bir çox hallarda az və ya çox dərəcədə bu pəhrizlərin faydasını da görürük.  Son nəticədə isə bu pəhrizlər həyat standartlarımızı yüksəldir və az da olsa bizi xoşbəxt etməyə,sevindirməyə yetir. Bu günə kimi müxtəlif pəhrizlər barəsində danışmışıq. Amma çox önəmli olan menopauza dövrü üçün tətbiq olunan pəhrizlər barəsində demək olar ki,mövzumuz olmayıb. Xanımlar, bu mövzu ilə bağlı sizə verəcəyim məlumatları nəzərdən qaçırmamanızı məsləhət görərdim. Hər bir qadının  çox diqqətli olmalı olduğu bu dövrdə tutulan pəhriz haqqında aşağıda…

Menopauza(klimaks) dövründə xanımlar adətən öncələrə nisbətən daha yüksək kalorili yağlı qidalara üstünlük verirlər. Sonradan ala biləcəyiniz artıq çəkiləri görüb peşman olmamanız üçün sizlərə bir günlük qidalanma cədvəlini təqdim edirəm.

 

 

Səhər yeməyində metobalizm prosseslərinə böyük faydası olan bitki çaylarına üstünlük verin.  Əgər qara çaydan imtina edə bilmirsinizsə o zaman onu şəkərsiz formada qəbul edin. Pomidor və salatınızı əksik etməyin. Pendirdən istifadə edin,amma yağlılığının az olmasına diqqət yetirin. Kəpəkli çörək qəbul edin. O da 2 dilimdən artıq olmamaqsı şərti ilə.Qan yaradıcı qida sayılan bəhməzdən də gündəlik bir yemək qaşığı istifadə etməniz məsləhətdir.


 

Nahar zamanı bir boşqab az yağlı tərəvəz yeməyinin  yanına  yarım boşqabdan artıq olmayan şəkildə bulqur (yarma) plovu əlavə edə bilərsiniz. Qatıq və salatlarınızın da az yağlı olmasına diqqət yetirin.


 

Axşamlar isə manqal yeməklərinə üstünlük verə bilərsiniz. Lakin onun yanında yağlılığı az olan qatıqdan və yaşıl salatdan istifadə etməniz məsləhətdir. Gündəlik çörək qəbulunuz isə kəpəkli çörək olması şərti ilə 10 dilimi keçməməlidir.


 

Geçə yatmamışdan öncə 1 stakan süd içməniz və quru əncir yeməniz enerji baxımından çox faydalı olacaqdır.


 

Ən son olaraq onu da qeyd edim ki,yemək aralarında isə meyvə, yaxud meyvəli keksdən istifadə etməyiniz yerinə düşər.

 

Əvvəlki məqaləBoyu necə uzatmalı? – Araşdırma
Növbəti məqalədəDünyanın ən xoşbəxt insanları