sağlamlıqManikür zamanı istifadə olunan lampalar həssas dərili insanlar üçün təhlükəlidir.
Manikür lampaları dəri hüceyrələrinin zədələnməsinə və hətta ölümünə səbəb olur.
Alimlər bildirib ki, dərilərində hər hansı problem olan şəxslərdə bu lampalardan tez-tez istifadə dəri xərçənginə gətirib çıxara bilər.
Məlumata görə, kiçik dozalarda ultrabənövşəyi şüalar orqanizmdə D vitamininin sintezi, beyin qabığında proseslərin aktivləşməsi, zehni və fiziki göstəricilərin artması, yaraların və xoraların daha tez sağalması üçün lazımlıdır. Bununla belə, ultrabənövşəyi radiasiyaya uzun müddət və intensiv məruz qalma müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına şərait yaradır.

Əvvəlki məqaləDəridə qaşıntı nədən olur?
Növbəti məqalədəEvdə məşq etmək üçün ən effektli idman hərəkətləri