Makiyajsız gözəl görünmək istəyirsiniz?

Makiyajsız gözəl görünmək istəyirisniz?
Makiyaj etmədən, təbii gözəlliyinizi önə çıxara biləcəyinizi düşünənlərdənsinizsə gəlin makiyajsız gözəl görünmənin yollarını birlikdə kəşf edək!

Azad qadın.az makiyajın imtina edilməyəcək bir məqsəd olaraq görülməsini deyil,makiyajsız gözəl görünməyin yollarını yazır.

Makiyajsız gözəl görünmək istəyirsiniz?

Dərinizi təmizləməyə laqeyd yanaşmayın!
Makiyajsız gözəl görünmədə ilk addım dəri təmizliyinə əhəmiyyət verməkdən keçir. Yalnız makiyajsız olacağınıza görə deyil,makiyaj edəcəksinizsə də dərini təmizləyərək mütləq makiyaja hazırlamaq lazımdır.Axtardığınız şey təbii gözəlliksə dərinizi nizamlı olaraq təmizləyərək daha təzə və canlı görünməsini təmin edə bilərsiniz.

Makiyajsız gözəl görünmək istəyirsiniz?

Ən gözəl nöqtənizi önə çıxarın!
Təbii gözəlliklərinizi önə çıxarmaq makiyajsız gözəl görünmədə sizi bir addım önə çıxaracaqdır.Məsələn qalın və formalı qaşlara sahibsinizsə onlara daha çox diqqət göstərərək,yəni heç bir zaman şəkli pozulmuş qaşlarla gəzməyərək makiyajsız da çox diqqət çəkici ola bilərsiniz.

Makiyajsız gözəl görünmək istəyirsiniz?

Özünüzə güvənin!
Makiyaj nələrisə gizləmək üçün deyil tamamilə zövq üçün edilməlidir. Makiyaj etmədən bərbad görünəcəyinizi düşünürsünüzsə bu güvən əskikliyi özünü bir şəkildə mütləq biruzə verəcək.İlk başda özünüz makiyajsız da gözəl olduğunuza inanmalısınız, beləcə digərlərinə də eyni enerjini keçirəcəyinizdən onlar da elə düşünəcək.

Makiyajsız gözəl görünmək istəyirsiniz?

Gülümsəyin!
Böyük bir gülümsəmənin öhdəsindən gələ bilməyəcəyi şey yoxdur. İnsanlar üzünüzdəki kiçik qüsurlardan daha çox gülümsəmənizə diqqət yetirəcəklər.Madam təbiilikdən bəhs edirik, əlbəttə gülümsəmə də təbii olmalı və içdən gəlməlidir.


Makiyajsız gözəl görünmək istəyirsiniz?

Əhəmiyyət verməyin!
Alnınızda çıxan o kiçik sızanağı gizləmək üçün qat qat boya kimi dayanan makiyaj etməyə nə gərək var? Əmin olun ki üzünüzdəki kiçik qüsurları sizdən başqa kimsə fərq etməyəcək.Birazca əhəmiyyətsiz hesab etməkdə və başqalarının nə söyləyəcəyini düşünməməkdə hmişə fayda var!

Makiyajsız gözəl görünmək istəyirsiniz?

Qidalanmanıza diqqət edin!!
Dərimizin makiyajsız gözəl görünməsi üçün həm içdən həm də xaricdən yaxşı bir baxıma ehtiyacı vardır. Yediklərimiz,içdiklərimiz dəri sağlımızı birbaşa təsir edir. 
Eyni zamanda nizamlı yuxunun da dəri sağlamlığımız üzərindəki təsirinin böyük olduğunu unutmamalıyıq.
Əvvəlki məqaləSağlamlıq və gözəllik
Növbəti məqalədəErkən doğuş riski