Limon qabıqlarını ayaqqabının içinə qoyun və… – SADƏ ÜSULLARLimon qabıqlarını ayaqqabının içinə qoyun və… – SADƏ ÜSULLAR
Limonun faydalarını saymaqla bitmir. Lakin limonun mətbəxdən əlavə də istifadə etmək mümkündür.İslamınSəsi bildirir ki,
Limonlu təmizləyici

Bir limonun qabığını soyun və onları 150 ml sirkənin içində bir gecə saxlayın. Səhər həmin qarışımı bir sprey şüşəsinə tökün və evinizi təmizləyərkən ondan istifadə edin.

Kəsmə taxtasını limonla təmizləyin

Kəsmə taxtalarınızı yuyucu vasitə ilə təmizləmək yerinə ikiyə böldüyünüz limonu süngər kimi istifadə edərək, üzərini təmizləyə bilərsiniz.

Ağ paltarları limonla yuyun

Ağ paltarlarınızı soda və limon suyu qarışımında isladaraq daha da ağarda bilərsiniz. Daha sonra paltarlarınızı paltaryuyan maşında yuya bilərsiniz.

Limonla manikür

Limon dırnaqlarınızı gücləndirmək üçün mükəmməl bir vasitədir. Bunun üçün ilıq bir suya yarım limon suyunu əlavə edin və dırnaqlarınızı 10 dəqiqə bu suda saxlayın.

Çillərdən limonla azad olun

Limonu dəri ləkələrinə və çillərinizə vuraraq onlardan yaxa qurtara bilərsiniz. Bir limonu ikiyə bölün və üzünüzə sürtün. Bir neçə dəqiqədən sonra ilıq su ilə yuduğunuz üzünüzü nəmləndirməyi unutmayın.

Əl-üz yuyanınızı limonla təmizləyin

Əl-üz yuyanınıza soda səpin və üzərindən limon qabıqları ilə ovalayın. Bu yolla onun necə işıldadığının şahidi olacaqsınız.

Ayaqqabı qoxusuna son

Təzə limon qabıqlarını ayaqqabılarınızın içinə yerləşdirin və bir gecə saxlayın. Səhər ayaqqabılarınız gözəl qoxuyacaq.

Əvvəlki məqaləKişmişli keks sevənlər üçün hazırladıq
Növbəti məqalədəƏncir yedikdən sonra 1 stəkan su içmək nəyə faydalıdır?