Bəzi mövsümi meyvələri, o cümlədən xurma, heyva, üzüm və s. orqanizmin koronavirusdan müdafiəsini artırır.


Diyetoloqlar koronavirus və tənəffüs infeksiyaları hallarının artdığı dövrdə sağlam qidalanmağa üstünlük verməyi tövsiyə edirlər. Faydalı məhsullar, təbii ki, koronavirusu müalicə eləmir, lakin onlardan istifadə etdikdə orqanizmin immuniteti artır, xəstəliklərə qarşı müqaviməti güclənir.

Yaşlı adam orta hesabla gün ərzində 300 qram tərəvəz və 200 qram meyvə yeməlidir. Ciddi pəhriz saxlamaqdansa, gündə 5-6 dəfə hissə-hissə yemək orqanizm üçün daha faydalıdır.
Mütəxəssislər şirniyyat məmulatlarından az istifadə etməyi məsləhət görürlər. Onların fikrincə, şirniyyat sevənlər armud və gavalıya üstünlük verməlidirlər. Bəzi payız meyvələrinin koronavirusa qarşı faydalı olması vurğulanır. Onların sırasında xurma, heyva, zoğal, üzüm, innab, çaytikanı daxildir. Bundan əlavə, immuniteti gücləndirmək üçün gün ərzində beş qoz yemək məsləhətdir.