Kişilərin sevdiyimiz xüsusiyyətləri.
Ərköyünləşmələri fikrini içimizdə daşısaq da dürüst davranıb kişilərin sevdiyimiz tərəflərini açıqlamaqdan çəkinməyək.Hirsləndiyimiz bir çox tərəfləri olsa da indi bir az etiraf zamanıdır!

Kişilərdə ən çox nələri, niyə sevirik?

Bu təsbitlər bir az da kişilərin sahib olmasını istədiyimiz xüsusiyyətlərdir… Sahib olmayanlara da eşitdirilir!

1.Bir kişinin “Ehtiyacın olduğunda buradayam” deyərək əlini yoldaşının kürəyinə qoymasını sevirik.

2.Qadın ağlarkən kişinin onun gözyaşlarını silməsini ya da oxşayaraq saçlarını üzündən çəkməsini, qulaqlarının arxasına atmasını sevirik.
3.Həyat yoldaşı tam da bir şeyə kədərlənib ağlamışkən kişinin onu təsəlli etmək üçün zarafat qabiliyyətini hərəkətə keçirməsini və kədərlənən yoldaşının üzünə bir təbəssüm qondurmasını sevirik.
4.Küçədə gedərkən, avtomobil istifadə edərkən, liftə minərkən nəzakətlicə yol verən kişiləri sevirik.
5.Bir qadını sevdiyində onun üçün dünyanın o biri ucuna g etməyi gözə ala bilən kişiləri sevirik.
Kişilərin sevdiyimiz xüsusiyyətləri.
6.İstər ev xaricindəki həyatda istərsə də evdə yaşanan mənfiliklərdən sonra birlikdə girilən yataqda kişinin qaşıq mövqesində həyat yoldaşını sevgiylə qucaqlayıb sarılmasını sevirik.
7.Kişinin uşaqlarıyla maraqlanmasını, onların gözlərinin içinə baxıb itməsini sevirik
8.Kişinin, bir qadını xoşbəxt edəcək və etməyəcək şeyləri bilməsini və bunları həyatında tətbiqini sevirik.
9.Kişinin ağıllı olanını, incəliklə işlənmiş zarafatlar edərək ətrafındakıları özünə heyran buraxanını sevirik.
10.Kişinin təmiz və baxımlı görünməsini, təmiz bədəninə sıxılmış ətiriylə ətrafa müsbət təsir buraxmasını sevirik.
Kişilərin sevdiyimiz xüsusiyyətləri.
11.Kişinin,həyat yoldaşına, onun kimi bir qadınla birlikdə olduğu üçün özünü nə qədər şanslı hiss etdiyini söyləməsini sevirik.
12.Kişinin,həyat yoldaşıyla keçirəcəyi zamanı başqalarıyla keçirəcəyi zamandan daha qiymətli görməsini, sevirik.
13.Kişinin, yalnız sağlamlıqda deyil, xəstəlikdə də yoldaşının yanında dayanıb dəstək olanını sevirik.
14.Kişinin,yoldaşının ən yaxşı sirdaşı, dostu ola bilənini sevirik
Əvvəlki məqaləQaynaq edilmiş saçın yaratdığı problemlər
Növbəti məqalədəEvdə təmizlik işləri .