sağlamlıq

Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

– Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

– Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

– Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

– Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər “gözəllik qurban tələb edir”. Lakin bu halda qadın öz sağlamlığını qurban verir – daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.

– Dar cins şalvarları və beldən aşağı olan şalvarlar sidik kisəsinin, bağırsaqların, qadınlarda və kişilərdə cinsiyyət sisteminin fəaliyyətinə çox mənfi təsir edir, bu orqanların qanla təchiz olunmasını pozur, varikoz xəstəliyin inkişafına təkan verir.

– Kişilərdə dar və xüsusilə sintetik alt paltarlar cinsiyyət orqanların qanla pis təchiz olunmasına səbəb olur ki, bu nəticədə spermatogenezin (spermatozoidlərin hazırlanması) pisləşməsinə, bu sahədə inkişaf edən müxtəlif pozulmalara və xəstəliklərə gətirib çıxardır.

– Boğazı çox hündür və dar olan “vodolazka”lar qalxanvari vəzi üçün ziyanlıdır.

– Qadın daim dabanı 3-4 sm-dən hündür olan ayaqqabı geyindikdə (xüsusilə “şpilka” dabanı olan ayaqqabılar), onun onurğa sütunu çox ciddi gərginliklərə məruz qalır ki, bunun nəticəsində qadında onurğa sütunu xəstəlikləri inkişafı edə bilər. Bundan əlavə belə ayaqqabılar varikoz xəstəliyinin, pəncə və oynaqlar problemlərin inkişafına təkan verir, müxtəlif travmalara (çıxıq, sınıq) səbəb ola bilər. Daim hündürdaban ayaqqabı geyinən qadınlarda daxil orqanlar öz yerini dəyişir və bu müxtəlif pozulmalara yol açır.

– Lakin dabanı olmayan ayaqqabılar da ayaqlar üçün ziyanlıdır. Belə ayaqqabılar müxtəlif pəncə problemlərinə səbəb olur. Həkimlər hündürlüyü təxminən 2-3 sm olan enli dabanlı ayaqqabılar geyinmək tövsiyə edir.

– Bel nahiyəsini açıq saxlayan qısa kurtkalar da çox ziyanlıdır (xüsusilə soyuq havada). Belə kurtkalar bel və böyrəklərin iltihabına təkan verə bilər. Soyuq havada uzun kurtkaları geyinmək lazımdır.

– Soyuq havada qısa yubkalar geyinən qadınlarda cinsiyyət sistemi iltihabların riski olduqca artmış olur. Bu isə gələcəkdə sonsuzluğa gətirib çıxarda bilər.

Əvvəlki məqaləOvulyasiya gününün hesablama qaydaları
Növbəti məqalədəKirpik laminasiyası haqqında bilmədikləriniz! Mənfi və Müsbət tərəfləri.