Kişilər kənar münasibətə nəyə görə meylli olurlar?

 

Həyatımızda evli kişilərin kənarda sevgili saxladığı halları ilə çox tez-tez rastlaşırıq. Bu ailə münasibətlərinin ciddi problemidir və təəssüf ki, çox geniş yayılmış hala çevrilib. Kişilər kənarda bir günlük və ya uzunmüddətli münasibətlər qurur və buna, demək olar ki, artıq heç kim təəccüblənmir. Lakin, hər bir qadın səmimi olaraq istəyir ki, bu problem onun ailəsinə toxunmasın.
Maraqlıdır kişilər niyə xəyanət edir? “Onları ailə həyatında nə razı salmır?” suallarına cavab varmı?
Kişilərin çox sevdiyi və kişi nöqteyi nəzərindən bəraət qazandırdıqları səbəb onların poliqam olmağı, yəni əsl kişi üçün bu normaldır, kişi varlığının təzahürüdür və məhz kişi xasiyyətinin xüsusiyyətidir. Axı qədim zamanlarda kişi cinsli əcdadlarımız bir neçə qadınla yatağı bölürdü və bu bütün tayfa üçün çox vacib idi, çünki bir neçə qadın gələcək nəslin genetik cəhətdən daha sağlam yetişməsinə zəmin olurdu. Əsrlər ötdükcə isə bu sağ qalma üsulu kişi intellekti səviyyəsində yer aldı.
O ki, qaldı mənəviyyata, bu gün kişilərin kənarda niyə eşq macərası yaşadığı sualına çoxu cavab verə bilmir. Kişi cinsinin nümayəndələri bu halda nə deyəcəklərini, öz hərəkətlərinə necə bəraət qazandıracaqlarını bilmir. Amma kişilərin çoxu (qadınlar da həmçinin) hesab edir ki, həyat yoldaşı onun ruhunu və bədənini artıq əvvəlki kimi coşdura bilmir. Əlbəttə, bu məsələdə mövcud ola bilər, lakin bu heç də xəyanətin əsas və yeganə səbəbi deyil. Əslində kişinin kənarda sevgi tapmasının səbəbləri az deyil.
Aşağıdakı səbəbləri diqqətlə oxuyarkən evli kişiyə sevgilinin niyə lazım olduğunu başa düşmək (lakin bu heçdə mövcud halı qəbul etmək deyil) mümkündür.

Kişilər kənar münasibətə nəyə görə meylli olurlar?

Özünü yenidən cavan və güclü hiss etmək üçün.
Bu əsasən yaşlı kişilərə aiddir çünki onlar çox zaman xanımlarına cavan qızlarla xəyanət edir. İş ondadır ki, zamanla kişi özünü daha az cavan və güclü hiss edir. Bunun həyat mərhələsinin normal dəyişməsinin faktı kimi, cavanlığın əvəzinə daha yetkin prinsip, prioritetlərin yaranması kimi qəbul etmək lazımdır. Kişinin artıq ailəsi, sosial və maddi stabilliyi, ciddi işi var, onun intellekt səviyyəsi artır, o emosional cəhətdən daha dözümlü olur. Lakin kişilərin əksəriyyəti keçmişə nəzər salaraq həyatda heç bir şey qazanmadığı haqda heyfslənir. Bu halda həyatın bu mərhələsini keçmək onlara daha çətin olur. Əldən buraxdığı imkanları, boşuna sərf olunan vaxtı, onu bezdirən işi, əvvəlki kimi onu sevindirməyən daha yaxşı, cazibəli ola bilən həyat yoldaşını görəndə o hələ ki, hər şeyi dəyişdirə bilmək mümkün olduğu haqda düşünür. Və kənarda başqa biri yaxşı olar ki, daha cavan qadınla münasibət quraraq öz-özünə qiymət verməsini artırır. Bu cür kişilərə ”Saqqalı ağarıb, ağlı ağarmayıb” deyirlər.
Ürəyi boşalda bilmək və fikirləri ilə bölüşmək imkanını əldə etmək.
Bu kişinin kənarda sevgili axtarmasının ən əsas səbəblərindəndir. Axı o həmişə onu bütün çatışmazlıqları ilə birgə açıq ürəklə qəbul edir, mehriban və sevən, hər zaman dinləyib fikirlərinə şərik olan olur. Evdə isə gərgin münasibətlər, hər gün ona narazılığını bildirən və danlayan qadın gözləyir. Xəyanət edən kişiyə çox zaman elə gəlir ki, arvadı onu başa düşmür, qışqırır, yersiz irad tutur və s. (bununla şüur altı olaraq o öz xəyanətinə bəraət qazandırır). Məşuqə isə kişiyə həmişə nəvaziş göstərir, onu ruhlandırır, xoş duyğular bəxş edir.

Kişilər kənar münasibətə nəyə görə meylli olurlar?

Həyatını daha rəngarəng edə bilmək və yeni qeyri adi hisslər keçirmək imkanı əldə etmək.

Bu halda ərin xəyanəti yeknəsəqlikdən uzaqlaşma, qəlbində yenidən xoş duyğular yaşama arzusudur. Və çox zaman məhz ərin arvad ilə münasibətlərin əvvəlində olan romantikanın, emosiyaların çatışmazlığı kişini yeni münasibət qurmaq fikrinə gətirir. Sevgili ilə kişi çox axtardığı həmin yeni, şiddətli hisləri yaşayır. Və bu təkcə emosional deyil, həmçinin seksual hisslərdir. Kişi üçün baş verənlərin hamısı bir oyun, bir macaradır. Evdə isə həmişə narazı olan arvad və burnu axan uşaqlar gözləyir. Bu halda sevgili kişiyə seksual cəhətdən hələ də güclü, cəzbedici olduğunu və bir çox müxtəlif imkanlara malik olduğunu təsdiq edir.
Seksual tələbatı ödəyə bilmək imkanını əldə etmək.
Bəzən 10 ildən artıq olan ailələrdə intim münasibətlər tədricən ikinci plana keçir, hər bir şey adiləşir. Həmçinin həyat yoldaşının kişinin seksual tələbatını yataqda tam ödəyə bilmədiyi hallarda ola bilər. Bu zaman az kişi tapılar ki, özünü yenidən artıq başqa qadının gözündə arzu olunan və seksual cəhətdən cəzbedici hiss etmək imkanını əldən buraxsın.
Kiməsə nə isə təsdiq etmək arzusu.
Məsələn özlərinə kənarda macəra axtaran və “Kişi deyilsən ki” sözləri ilə başqalarını da onlara qoşulmağı çağıran dostlara.
Kişi həmçinin düzgün tərbiyə almadığı və ya evdə davranışın düzgün formasını seçmədiyi halda da xəyanət edə bilər. O atasının həmişə anasına xəyanət etdiyini görüb bunu adi hal kimi qəbul edir.
Məşuqə saxlamağın bizim zamanda nüfuz sahibi olmaq kimi qəbul etmək.
Onu kişinin yüksək vəzifəsinin bir hissəsi hesab etmək. Məşuqə mütləq model görünüşlü və kişinin vəzifəsinə uyğun olmalıdır. Məhz bu səbəbdən katibələr haqqında məşhur lətifələr yaranıb. Burada məhəbbətdən əsər əlamət yoxdur, yalnız pul və kişi eqoizmi özünü göstərir.
Kişi sadəcə arvadbaz, heç bir qadını nəzərdən buraxmayan da ola bilər.
Bu halda “Qozbeli qəbir düzəldər” deyirlər. Arvadbazın həyat yoldaşı gözəl və ağıllı ola bilər, onun isə gözü yenə də kənarda qalacaq. Burada tərbiyə, mühit və s. öz rolunu oynayır.
 
Cəmiyyət də kişiyə mənfi təsir edə bilər.
Müasir zamanda məsuliyyət hissi azalır, eqoizm və mərhəmətsizlik hislərinin səviyyəsi isə getdikcə artır. Zəif iradəli və təsir altına tez düşən kişilərə azad münasibətləri təbliğ edən televiziya və kütləvi mətbuat vasitələri də mənfi təsir edir.
Yuxarıda qeyd olunduğu kimi, bu gün cəmiyyətdə xəyanətə qarşı yüngül münasibət formalaşıb. Məşuqlar müxtəlif lətifə və atalar sözlərinin qəhrəmanlarına çevrilib. Lakin zarafat kənara qoyaraq demək lazımdır ki, xəyanət haqda fikirlər məhz insanın beynində, fikirlərində şüurunda yaranır. Kişi qəsdən, bilə-bilə bütün sərhəd və prinsipləri dağıdır və xəyanətə addım atır. Özünə bəraət qazandırmaq üçün isə günahı onu öz töhmətləri, söz-söhbəti və diqqətsizliyi ilə bezdirən və anlayışı başqasında axtarmağı məcbur edən arvadında görür. Yəni sevgili son əlacdır və onsuz keçinmək heç cür mümkün deyil. Lakin insanın şüurlu məxluq olduğunu unutmamaq lazımdır. Kişi xəyanətə yol veribsə bu hərəkətinə görə tam məsuliyyət daşımalıdır.

Kişilər kənar münasibətə nəyə görə meylli olurlar?

 

Heç kim həyatın asan olduğunu etiraf etmir. Müxtəlif xarakterli situasiyalar ola bilər. Lakin kişiləri, yəqin ki, əbəs yerə deyil ki, güclü cinsin nümayəndələri adlandırıblar. Onların davranışı dürüst və cəsarətli olmalıdır. Ailədə problemlər baş verdikdə özünü təmizə çıxartmaqla onlardan qaçmaq yox, həll etmək lazımdır. Problemlər yox olmadığı, əksinə artdığı halda hər bir şeyin düzgün gedib-getməməyi haqda düşünmək gərəkdir. Bəlkə nə isə çatışmır, nə isə dəyişmək, həyat yoldaşı ilə səmimi söhbət etmək lazımdır. Bəlkə boşanmaq lazımdır. Axı ola bilər ki, kişi arvadını artıq sevmir. Bu vəziyyətdə ən düzgün hərəkət hətta uşaqların olmasına baxmayaraq ayrılmaqdır. Bu arvadın yanından məşuqələrin yanına qaçmaqdan və özünü təmizə çıxartmaqdan daha dürüst olar. Əlbəttə, hər kəs öz bildiyi kimi hərəkət edir. Amma sizi sevən insanlara əzab vermək olmaz. Çox şeyi bağışlamaq olar, amma unutmaq mümkün deyil. Günah hissi ilə yaşamağı isə hər kəs bacarmır. Uşaqlara da bir-birinə nifrət etdiyi valideynlərlə yaşamaq onların bu hallara qarşı çox həssas olduqlarından çox çətin olur. Bu səbəbdən ayrı yaşamaq daha yaxşı olar, əks halda uşağın sağlamlığına da ziyan olar.
Demək lazımdır ki, kişilər çox çətin, tez təsirlənən, eqoist və bəzən sadəlövh məxluqlardır. Və onlar özlərini həmişə lazımlı, dəyərli, nüfuzlu, sevilən hiss etmək istəyir. Və arvad ərinin həmişə yanında olmasını, ailəsini qorumağı səmimi istəyirsə, o kişini anlamağa çalışmalıdır, onun maraqları, fikirləri və hissləri ilə hesablaşmalıdır. Həmçinin o özünə qulluq etməli, həmişə cazibəli qadın və maraqlı şəxsiyyət olmalıdır. Axı tam dəyərli seksual həyat, birlikdə keçirilən maraqlı asudə vaxtı və ümumi maraqlar nihahda vacib rol oynayır.
Əvvəlki məqaləÜzü gözəlləşdirmək üçün cəmi 3 ucuz inqirdiyent
Növbəti məqalədəQan qrupuna görə sizin sevgi