qadın sağlamlığıGigiyena qaydalarına riayət etmək insan sağlamlığının qorunmasında böyük rol oynayır. Bu intim gigiyenaya da aiddir. Lakin bəzi düzgün bildiyimiz gigiyena qaydaları əslində səhvdir və sağlamlığımıza nəinki fayda vermir, əksinə ciddi ziyan vurur.

1. Gündəlik pedlərdən (bezlərdən) hər gün istifadə etmək.

 

Əslində “gündəlik” adlandırdığımız pedlər menstruasiyanın sonunda az miqdarda menstrual axıntısının olduğu günlərdə istifadə üçün nəzərdə tutulub. Hər gün belə bezlərdən istifadə edən qadında infeksiya riski artmış olur.

2. Vaginal duş.

Uşaqlıq yolu (vagina) özü özünü təmizləyən orqandır. Ginekoloqlar vaginal duşu çox ziyanlı hesab edirlər ki, su vaginanın normal sağlam mikroflorasını yuyub aparır. Sağlam mikrofloranın azalması nəticəsində yerli immunitet zəifləyir və bu da iltihab və infeksiyaların riskini artırır.

3. Sabundan istifadə etmək.

İntim gigiyena məqsədi ilə adi sabundan istifadə etmək və xüsusilə vaginanın daxilini yumaq qəti tövsiyə edilmir. Adi sabun vaginanın PH səviyyəsini pozur ki, bu da infeksiyanın riskini artırır. İntim gigiyena üçün PH səviyyəsi neytral olan xüsusi gellər mövcuddur. Lakin bu gelləri də vaginanın daxilini yumaq üçün istifadə etmək olmaz. Yuxarıda qeyd etdiyimiz kimi, vagina özü özünü təmizləyən orqandır.

4. Tualet vərdişləri.

Bir çoxlarımız tualet kağızından düzgün istifadə etmirik – cinsiyyət bölgəni arxadan önə tərəf deyil, öndən arxaya tərəf qurulamaq lazımdır ki, patogen mikroblar anusdan vaginaya düşməsin.

5. Gigiyenik bezlərdən düzgün istifadə etməmək.

Dolmasından asılı olmayaraq gigiyenik bezləri 3-4 saatdan bir dəyişmək lazımdır. Əks halda  infeksiyanın riski artır.

Əvvəlki məqaləZob qadın problemlərinə səbəb olur
Növbəti məqalədəPəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?