sağlamlıq

Hər insanı düşündürən bu vacib suala dəqiq cavab tapmaq üçün, biz insan orqanizminə bir qədər yaxından nəzər salmalı olacağıq. Öncə onu bilməliyik ki, hər birimiz 70 triliyon hüceyrədən “toxunmuşuq”. Bu mikrocanlılar bizim səhhətimizi qoruyur, fiziki və zehni fəaliyyətimizi təmin edir. Təkcə səhhətimiz deyil, ağlımız da, mənəviyyatımız da, əqidəmiz də, əxlaqımız da bu nəhəng ordunun durumundan asılıdır.
Əgər bu sədaqətli keşikçilər gümrahdırsa, hər bir orqanımız və sistemimiz, bütövlükdə orqanizm sağlam və gümrah olacaq, cism və ruhla bağlı heç bir problemimiz olmayacaq. Əgər onlar nasazdırsa, bu və ya digər orqan öz funksiyasını düzgün yerinə yetirə bilməyəcək. Tibb elmi buna XƏSTƏLİK adı verib.

Təbiblər xəstəliyi İmmun sistemi (müdafiə xəttinin) ZƏİFLƏMƏSİ ilə izah edirlər. Gəlin araşdıraq: immun sistemi niyə zəifləyir.
Hələ eramızdan çox-çox əvvəl dünya tibb elminin banisi Hippokrat deyirdi: “Biz nə yeyiriksə, oyuq”. Yəni bizim durumumuz qidadan asılıdır. Düzgün qidalanan adam sağlam olmalıdır, düzgün qidalanmayan isə xəstə. Üçüncü yol yoxdur. Ola bilməz ki, sən qidalanma qaydalarını pozasan, özün də sağlam olasan və uzun ömr sürəsən!

Düzgün qidalanmayanda nə baş veriri?
Öncə onu deyim ki, qida yalnız çiy halda orqanizmə kifayət qədər vitaminlər, təbii duzlar, yağlar, nişasta, şəkər, spirt, turşular və digər zəruri elementlər daşıya bilir, hüceyrələri normal təchiz edir. Ölü qidalarda (bişmiş, duza və ya şəkərə qoyulmuş, hisə verilmiş və s.) üzvi elementlər (məsələn, kalium) qeyri-üzvi elementə çevrilir. Biz bədənə ölü qida göndərəndə — hüceyrələri ərzaqdan məhrum etmiş oluruq. Qidasız qalan və yaxud lazımi səviyədə qida almayan hüceyrələr get-gedə zəyiləyir və qırılır. Onların qoruduğu səngər qalır boş, həmin orqan sıradan çıxır.
Faciə bununla bitmir. Hüceyrələrin yeyə bilmədiyi qeyri-üzvi qida elmin “şlak” adlandırdığı zir-zibilə çevrilir, yığılıb bədəndə qalır və “düşmən ordu” (viruslar) üçün zəngin yem bazası yaradır.
Gəlin “düşmən ordusu” ilə yaxından tanış olaq. Təbiətin “Əksiliklərin vəhdəti” Qanununa uyqun olaraq, insan orqanizmində, hüceyrələrdən başqa, onlara zidd gedən mikrocanlılar da yurd salıb. Söhbət virus daşıyıcısı olan mikroblardan gedir. Onların sevimli qidası — hüceyrələrin yeyə bilmədiyi “şlak”dır.
“Şlak anbarı” dolu olanda — vicudda faciəvi proses gedir. Bizim müdafiəçilər zəyiləyib sürətlə qırıldığı və səngərləri müdafiəsiz qoyduğu halda, mikroblar eyni sürətlə artıb-törəyir və boş səngərləri tutur. Ayrı-ayrı orqanlar sıradan çıxır. Tibb elminin təbiri ilə desək, kəskin xəstəlik xroniki xəstəliyə çevrilir və insan dərmanlara möhtac qalır.
Bu halı yaradan ikinci mühüm səbəb — uzlaşmayan qidaların qarışdırılmasıdır. Bu — ayrıca bir söbətin mövzusudur.
Ya Rəbbim, sən xalqıma dərin zəka və möhkəm iradə əta et!