Heç bir əziyyət çəkmədən qarnınız yox olacaq
Artıq kilo yığmaq hər bir qadının əbədi qorxusudur. Beldə bir neçə santimetr artıma uzun müddət fikir verməmək olar. Lakin qarderobunuzdakı əşyalarınızdan artıq istifadə edə bilmədiyiniz halda bu sizin xoşunuza gəlməyəcək və əhval ruhiyyənizə mühüm təsir edəcək.
Əgər sizin həftə sonuna müəyyən planlarınız var və siz ev şəraitində çox xərc etmədən arıqlamaq istəyirsinizsə biz sizə kömək edə biləcək bəzi effektiv resept və məsləhətləri təqdim edirik.
Əvvəlcədən nəzərə alın ki, artıq çəkidən yalnız müəyyən hüdudlarda qurtulmaq olar. Ev şəraitində 5 kq çəki atmaq realdır, amma 20 kq – yox. Buna görə də bu tip reklamlar ilə qarşılaşdıqda onlara etibar etməyin.

İlk növbədə hansı tədbirləri görmək lazımdır?

Sərf edilən kalorilərin miqdarını azaldın. Bir həftə ərzində yalnız yağlı məhsullardan imtina etdikdən sonra arıqlamaq olar. Orqanizm adət edilmiş kalorilərin miqdarını almağa dayanaraq, ehtiyatda olan piyləri sərf etməyə başlayacaq. Yağlı qidanın istifadəsini minimuma qədər azaldın. Bu zaman diqqət edin ki, rasionunuzdan yağlı qida tamamilə yox olmasın, çünki o orqanizmin mübadilə proseslərində mühüm rol oynayır.
Şirniyyat və un məmulatlarını unudun. Şəkər əbəs yerə şirin ölüm adlandırılmır: bu karbohidrat orqanizmlə bir anda mənimsənilmə xüsusiyyətinə malikdir. Bu o deməkdir ki, yediyiniz şirniyyat dərhal artıq kilo şəklində özünü göstərir.
Cədvələ uyğun şam yeməyi. Özünüzü son qida qəbulunu axşam 18:00-19:00-dan gec olmamaq şərti ilə qəbul etməyə öyrəşdirin. Bu vaxtdan sonra orqanizmə düşən kalorilər yaxşı həzm edilə bilmir.
Qidanın hazırlanmasına nəzarət edin. Əgər siz özünüz yemək hazırlayırsınızsa, bu zaman öz iştahınızı asan şəkildə azalda bilərsiniz: istifadə etdiyiniz ədviyyatların, sousların miqdarını azaldın. Bu üsul sizə bir həftə ərzində arıqlamağa, asanlıqla 5 kq-a qədər çəki atmağa və özünüzü yüngül hiss etməyə kömək edəcək.
Hərəkət edin. Çox vaxt artıq çəki hərəkətsizliyin nəticəsində yaranır. Bunun üçün əgər arıqlamaq istəyirsinizsə öz gündəlik həyat tərzinizə müxtəlif idman hərəkətlərini daxil edin, fitnes kluba və ya rəqsə yazılın, səhərlər həyətdə qaçın və ya heç olmasa axşam parkda gəzin. Fiziki yüklənmələr artıq çəkidən qurtulmaq üçün əla üsuldur.
Bu məsləhətlərə riayət edərək bir ay ərzində hətta 10 kq-a qədər arıqlamaq olar.

Əvvəlki məqaləQadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? – ARAŞDIRMA
Növbəti məqalədəYatanda ağzınızdan su axır? – Deməli siz xoşbəxtsiniz