“İkinci beyin” sayılan bağırsaqlarınızda iltihab yaranıb? – UCUZ RESEPTBağırsaqlarımız “ikinci beyin” sayılır və davamlı iltihablanan bağırsaqların xovlarını mütləq təmizləmək lazımdır.

Ultrasəs müayinəsindən keçən bir çox insanlarda meteorizmin (köpün) olduğu aşkarlanır.

Əgər bu problem bağırsaqların keçiriciliyinin pozulmasındandırsa, sadə kolit olaraq dəyərləndirilib müalicəyə başlaya bilərsiniz. Lakin sadə (kataral) kolitlər zamanı qəbizlik və ya ishal olmaya da bilər.

Bu səbəbdən  təqdim etdiyimiz sadə və ucuz başa gələn resepti profilaktik olaraq da qəbul etmək məsləhətdir.

Resept:

Ud hindi tozu – 50 qr
Zəyərək toxumu – 100 qr
Çörəkotu toxumu – 100 qr

Hər biri üyüdülüb qarışdırılır və şüşə bankada saxlanılır. Hər gün 1 çay qaşığı 200 ml qaynar suda 10 dəqiqə dəmlənilir və eyni qayda ilə gündə iki dəfə yeməkdən öncə daxilə qəbul edilir.

Kolit zamanı dəmləmə 10 gün içilir. Əgər xroniki kolit varsa müalicəni 20 gün edib 10 gün fasilə ilə davam etmək olar.

Əvvəlki məqaləMəşhur dietoloqdan vacib açıqlama: “İnsanlar yaşa dolduqca…”
Növbəti məqalədəAlma sirkəsinin orqanizmə faydaları