hamiləlikQadınlarda orqazm zamanı uşaqlıq yolunda hamar əzələlərin daralması baş verir. Uşaqlıq yolu dar olduğundan, bu sancılar ilk aylarda gələcək ana tərəfindən hiss olunmur.
Hamiləliyin 4-cü ayından etibarən gələcək ana hamar əzələ daralmalarını hiss etməyə başlayır, lakin bu sancılar qısa müddətli olduğundan, vaxtından əvvəl doğuş riskini artırmır.
Hamiləlik zamanı orqazm vaxtından əvvəl doğuşa səbəb ola bilərmi?
Hamiləlik dövründə sağlamlıq problemi olmayan anada cinsi əlaqə və orqazm vaxtından əvvəl doğuşa səbəb olmur. Amma qanaxma riski, vaxtından əvvəl doğuş və s. Belə hallarda cinsi əlaqə qadağan edilə bilər. Buna onu müayinə edən mama (ginekoloq) qərar verir.
Hamiləlik dövründə orqazm zamanı uşaqlıqda meydana gələn sancılar 4-cü aydan sonra gələcək ana tərəfindən hiss olunur. Bu sancılar çox qısa müddətli olduğundan körpəyə heç bir zərəri yoxdur.
Erkən doğuşun səbəbləri araşdırıldıqda bəzi amillərin aktiv rol oynadığı müəyyən edilmişdir. Bu amillərdən bəziləri…
Siqaret və spirt istifadəsi:
Hamiləlikdən əvvəl və hamiləlik dövründə siqaret çəkmək, spirtli içki qəbul etmək erkən doğuş riskini artırır. Erkən doğuş olmasa belə, bu zərərli vərdişlər birbaşa ana bətnindəki körpəyə mənfi təsir edir. Buna görə də hamiləlik başlayan gündən sona qədər sağlam həyat tərzi müləq vacibdir.
Davamlı dərman istifadəsi:
Hamiləlik zamanı hansısa xroniki xəstəliyin müalicəsi üçün istifadə edilən dərmanlar erkən doğuş riskini artıran səbəblərdəndir. Yanaşı xəstəliklər üçün nəzərdə tutulan bu dərmanları bir müddət dayandırmaq mümkündürsə, yaxşı olar ki, hamiləlik zamanı dərmanlardam imtina etmək lazımdır.
Həddindən artıq çəki artımı:
Hamiləliyin sonuna qədər orta hesabla 9-12 kiloqram çəki artımı normal hesab edilir. Bundan daha çox çəki artımı artıq hamiləöliyi riskli vəziyyətə gətirə bilər. Həddindən artıq çəki artımı vaxtından əvvəl doğuş riskinə səbəb ola bilərr.
Qeyri-adekvat və balanssız qidalanma:
Hamiləlik çox yorucu bir dövrdür. Bu dövrdə gələcək analar fizioloji və psixoloji cəhətdən çox çətin anlar keçirirlər. Ona görə də hamiləlik prosesi boyunca adekvat və balanslı qidalanmaya diqqət yetirmək lazımdır. Gələcək ananın qida çatışmazlığına məruz qalması; Körpə lazımi vitaminləri, mineralları və qidaları almadığından, vaxtından əvvəl doğuş ehtimalını gətirəcək. Hamiləlikdə sink və dəmir çatışmazlığı erkən doğum riski yaradır.
Hamiləlik dövründə uzun müddət ayaqda qalmaq və ağır işlərlə məşğul olmaq:
Hamiləlik zamanı fiziki aktivlik lazımlı olsa da, ağır işlərlə məşğul olmaq təhlükəlidir. Erkən doğuş riskinin olmaması üçün hamilə qadın mütləq dincəlməli, bədənini çox yormamağa diqqət etməlidir.
Risk dövründə cinsi əlaqə:
Hamiləlik dövrü üç mərhələdən ibarətdir. Cütlüklər üçün ilk və son mərhələdə (ilk və son 3 ayda) cinsi əlaqənin artması vaxtından əvvəl doğuş riskini çoxalda bilər. Cinsi əlaqə zamanı orqazm olarkən meydana gələcək sancılar, xüsusilə hamiləliyin son mərhələsində doğum əlaməti olaraq qəbul ediləcəyi üçün bu dövrlərdə cinsi əlaqə tövsiyə edilmir. Dünyaya gələcək körpənin qız olması, ana bətnindəki körpənin aşağıda yerləşməsi də cinsi əlaqə zamanı erkən doğum ehtimalını artırır.

Əvvəlki məqaləAybaşı zamanı qarın və döşlərdəki şişkinliyi yox edəcək tövsiyələr
Növbəti məqalədəGörmə qabiliyyətini zəiflədən əsas amillər