Gülüş insana yaraşır

gülüş

Başını arxaya əyərək gülmək..

Əgər insan gülərkən başını arxaya əyir ağzını geniş açırsa deməli o həyatdan zövq alan,

həyatı sevən biridir… Bu insanlar küsəyən olmur…

Başqalarını da gülüşləri ilə güldürə bilən pozitiv və lider insanlardır…

 Masaya dizlərinə vuraraq gülənlər.. 

Əgər həmsöhbətiniz gülərkən emosional şəkildə masaya və ya

dizlərinə əllərini möhkəm vurursa  deməli o bununla başqalarının diqqətini

cəlb etmək istəyir… Bu insanlar bayram şənliklərini, qalmaqalları sevən olurlar…

Mənfi cəhətləri isə xəsis, eqoist və qeyri-səmimi olmalarıdır…

 

İçində gülən adamlar..

 

 Özlərini idarə edə bilənlərdir… Özlərindən əmin olan bu şəxslər etibarlı

 

və məqsədyönlüdürlər…

 

Dodaqucu gülənlər hiyləgər, küsəyən olur…

Şəxsi həyatlarını qurmaqda çətinlik çəkirlər,

çünki insanlara qarşı çox  tələbkar olurlar…

Sakit gülümsəyən kəslər,səmimi, düzgün, adamı heç vaxt darda

qoymayan adamlardır…

Qarşı cinsin nümayəndələri tərəfindən çox bəyənilirlər…

Qadınların gülüşü

Romantik qadınlar gülərkən  əllərini saçlarına toxundururlar.. Belə qadınların fikirləri dağınıq olur…

Düşünülməmiş hərəkətlər edib sonradan peşman olurlar…

Gülərkən başını yana əyən qadınlar..

tənqid etməyi sevən olurlar…

Flörtə ( gəzməyə ) açıq olan  bu qadınlar yüngülbeyin görünsələrdə hər

addımlarını ölçüb biçirlər…

Gülüş insana yaraşır

 

Ürəkdən gülən qadınlar 

Temperamentli və özlərindən razı olurlar. Bu qadınlar tənqiddən çəkinmir,

hər kəsin cavabını verə bilirlər… Yaxşı rəfiqə və ağıllı məsləhətçi olurlar…

Gülərkən burnunu qırışdıran qadınlar..

Özlərini idarə edə bilən qadınlar olur, özlərinə qarşı

diqqət və hörmət  tələb edirlər…

Gülərkən ağzını ovucu ilə örtən qadınlar..

iradəli, özündən qeyri-əmin,

 özlərini analiz edən və emosialarını gizlədən olurlar…

Yaxşı həyat yoldaşı olaraq, özlərini qurban edən kəslərdir

Kişilər başını arxaya əyərək, gözlərini qıyaraq möhkəm gülürsə qadınlara

qarşı yüngül münasibət bəsləyir deməkdir…

Bu kişilərlə münasibət qurmaq asan,

maraqlı, lakin qısamüddətlidir…

Gülüşünü saxlayan kişilər..

Etibarlı, işgüzar, həyat yoldaşlarına qarşı vəfalıdırlar…

Çox zaman darıxdırıcı olurlar…

Ağzını geniş açaraq gülən kişilər ..

yüksək səslə gülən kişilər yüksək intelektə malik olmasalar da,

qadınlarının arxasında dağ kimi duran ədalətli şəxslərdir.

İstehza ilə gülən kişilər ..

Qəddar, eqoist, yalançıdırlar. İnsanları ələ ala və

onlardan suistifadə etməyi  bacarırlar…

  

Əvvəlki məqaləUşağın cinsinin planlaşdırılması
Növbəti məqalədəHər tərəvəzin və meyvənin həzm olma saatı var