Əllərə qulluq….

 
1 ədəd limon  rəndələnir
 
 1 x/q  qarğıdalı nişastası
 
 1  qaşıq limon suyu
 
 1 qaşıq hind yağı birlikdə qarışdırılır
 Həftədə 1 dəfə əllərə çəkilib masaj edilir, və əllərə polietilen torba keçirilib, 10 dəq. gözlədilir. Daha sonra  əllər ilıq su ilə yuyulur və nəmləndirici krem vurulur..
 Sızanaqlara qarşı.
 1 st. alma  sirkəsi
 
1 ədəd rəndələnmiş qırmızı turp
 
 Hamısı birlikdə qarışdırılır və 24 saat saxlanılır.
 
 Hər gün 1 həftə ərzində problemli hissələrə tətbiq edilir.Nəticəni özünüz görəcəksiniz..

Gözəl  saçlara  bununla sahib olun..
 2 qaşıq saf, təbii zeytun yağı
 
 2 qaşıq təbii  nar şirəsi
 
 Birlikdə qarışdırılır və saç diblərinə masaj edilərək çəkilir, 1 saat sonra şampun və ilıq su ilə yuyulur.
 
 Bu maska saça inanılmaz parlaqlıq, canlılıq və təbii görünüş bəxş edir.  Ən əsası isə saç diblərini möhkəmləndirir, saç tökülməsinin və zəifləməsinin qarşısını alır..
Üz dərisi üçün maska
 
 
 1 ç/q. qlükoza (apteklərdə satılır)
 
 10 ml.  alma sirkəsi
 
 1 ədəd yumurta sarısı,
 
 40 ml.  təbii zeytun yağı və ya badam yağı
 
Ləvazimatlar krem halına gələnə qədər qarışdırılır. Tam olaraq üz və boyun ətrafı hissələrə tətbiq olunur. Qalan maska isə şüşə qaba qoyulub və  soyuducuda saxlanıla bilər.. 
 Maska üzdən pambıqla təmizlənərək çıxarılır. daha sonra ilıq su ilə təmiz yuyulur..

 

Əvvəlki məqaləƏllərə qulluq üçün maska
Növbəti məqalədəYəhudi anaların uşaqlarını dahiyə çevirən 6 primitiv tərbiyə metodu