İtalyan modelyer, şəxsi moda imperiyası olan Corcio Armani (Giorgio Armani) dəbli görsənməyin sirrləri ilə bölüşüb. Aramani ayaqqabıda xəsislik etməməyə, gözəl ətirlənməyə və geyimlərin qışqırdıcı rənglərdə olmamasına çağırır.
Armani 1980-ci ildə yayınlanmış “American Gigolo” filmi ilə məşhurlaşıb. Baş rolda oynayan aktyor Riçard Gir yalnız Armani markası ilə geyinmiş və olduqca dəbli görkəmə sahib olmuşdur. Bu filmdən sonra kişilər məhz Riçard kimi görkəmə sahib olmaq istəyirdilər. Yəni pencək, şalvar, köynəklər və qalsutklar Armanidən olmalı idi.
Zərif olmaq — gözə girmək deyil, yaddaşlarda qalmaqdır. — C.Armani.Giorgio Armanidən dəbə aid fikirlərGiorgi Armanidən dəbə aid fikirlər
Harmoniya, mükəmməllik, minimalizm
Geyimin ərsəyə gəlməsində Armani bütün gücünü tikişlərin mükəmməl, parçaların yumuşaq və hər şeyin minimalizm dəbində olmasına sərf edir. Paltarlarda sakit zəriflik və onu geyinən ilə harmonik birliyi vardır.
Görkəm və dəb arasında fərq — keyfiyyətdədir.
Ayaqqabı
Ucuz ayaqqabı – doğru olmayan qənaətdir. Əsas şeydə qənaət etməyin, beləki, ayaqqabı sizin qarderobunuzun əsasıdır. — Corcio məsləhət verir.
Özünüz olun
Armani hündür və gözə çarpan buruna sahib olmaq istəyib. Lakin reallıqda bu belə olmayıb. Buna görə modelyer olan ilə barışmalı və kifayətlənməli olub.
Seksual görkəm – özünüzə olan əminliyin ekvivalentidir. Həm zəkanıza, həm də bədəninizə güvənin. – Circio Armani.
Zəriflik
Armani çox sevinir ki, zərif olmaq bugün yenə də dəbdədir. Onun fikrincə zəriflik – zamanla korlanmayan görkəminin açarıdır. Bu elə bir açardır ki, heç bir zaman dəbdən düşməyəcək və onsuz dəb olmayacaq.
Armaninin özəlliyi
Armanini dəb dünyasında niyə sevirlər? Modelyer dəb industriyasının yeni standartlarını yaradıb. O, artıq bəzəkləri yığışdırıb, işgüzar və gecə geyimlərinə idman üslubunu əlavə edib, yaratdığı xüsusi azad dəb müasir kişi və qadınların qarderoblarını təyin edir. Onun yaratdığı geyimlər rahat, geniş və eyni zamanda zərifliyini itirməyəndir.
Bədən quruluşu üçün
Qara və tünd göy rəngləri ən yaxşı insanı fit göstərənlərdir. Bu rənglər sizləri heç bir zaman eybəcər göstərməyəcək.
Ətir
Düzgün seçilmiş ətir sizin fərqləndirici xüsusiyyətiniz ola bilər. Ətir, insanların siz otağa girdiğinizdə ilk və çıxdığınızda son hiss etdikləridir.
Rəng
Neytral rəngli, parlaq naxışsız parçalar seçin – onlar dəb baxımından daha uzunömürlü olacaqlar.
Səliqəsizlik

Dizayner yolun başında artıq bütün bəzəklərdən imtina edərək, minimalizmə üstünlük vermişdir. Armani görkəminin fərqləndirici xüsusiyyəti səliqəsizlik olmuşdur. Yumuşaq parça və geniş kəsim geyimləri daha sevimli və rahat etmişdir. Buna riayət etsəniz sizin görkəminiz yalnız sizə həzz verməyəcəkdir.
Giorgio Armani
 
Mənbə: az.tierient.com

 

Əvvəlki məqaləƏn rahat çanta trendi – XL çantalar
Növbəti məqalədəQadın enerjisi və cazibəsinin əsas açarı HAQQINDA BİLMƏDİKLƏRİMİZ