Gənəgərçək yağı saçlara əvəzolunmaz xeyir verərək onlara çox yaxşı təsir göstəriir.
 
O, unikal tərkibi sayəsində hər bir tükü görünməz plyonka ilə örtərək saçları çox yaxşı qidalandırır. Xüsusi örtü saç özəyinə qidalı maddələr hopdurur və üzərində nəmi qoruyub saxlayır. Bundan əlavə o, üzərində olan pulcuqları yapışdıraraq, zədələnmiş sahələri hamarlaşdırır. Nəticədə zədələnmiş saç strukturu hamarlaşaraq, saçın görkəminə sağlamlıq, parlaqlıq və hamarlıq verir.
 
Bundan əlavə gənəgərçək yağı nəinki saçın strukturuna, həmçinin baş dərisinə də çox yaxşı təsir göstərir. Epitellərə hoparaq, hüceyrələrdə olan mübadilə prosesslərini yaxşılaşdırır, bakteriyaları məhv edir, iltihabı aradan qaldırır, dərinin elastikliyini artırır və qan dövranını gücləndirir. Saç soğanaqları xeyirli maddələrdən qidalanır və nəticədə güclənir və işi aktivləşir.
 
Məhz follikul funksiyası və mübadilə prosesslərinin gücləndirilməsi səbəbindən, gənəgərçək yağını saçların uzadılması və Həcmi artması üçün geniş istifadə edirlər.
 
Gənəgərçək yağı həmçinin müxtəlif dəri xəstəlikərində istifadə olunur. Onun antibakterial, nəmlədirici, sağaldıcı və təmizləyici xüsusiyyətləri – kəpək, qaşınma, dərinin quruluğu, qıcıqlanma və qırmızılıq kimi problemlərin həllində köməkçi olur.
 
Gənəgərçək yağından olan maskalar, saçların uzanmasını tezləşdirir və yatmış soğanaqları oyadaraq, nazik saçları xilas edir.
 
Unutmayın, gənəgərçək yağını maska ​​kimi istifadə etdikdən əvvəl 15 dəqiqə isitmək məsləhət görülür (isti suyun içində). Bu halda onun xeyirli komponentləri saç səthinə daha yaxşı hopur.
Əvvəlki məqaləArıqlamağın ən asan yolları
Növbəti məqalədəÜz üçün maskalar