İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Qadınlar botoks üçün nə zaman müraciət edə bilərlər?
Yaşlı olan və doğrudan da botoksa ehtiyacı olan xanımlar, eyni zamanda kişilər botoks üçün müraciət edə bilərlər. Bəzi qadınlar var ki, artıq onlarda 25 yaşdan etibarən qırışlar özünü büruzə verməyə başlayır. Ümumiyyətlə, qırışlar nə vaxt əmələ gəlirsə, o zaman botoks edə bilərlər. Botoks universal maddədir. Preparatın əsas tərkibi botulinum toksinidir.
Botulinum toksini estetik cərrahiyyədə üzün mimik əzələlərini qismən iflic etməklə, qırışıqları ortadan qaldırmaq üçün istifadə edilir. Ən çox göz ətrafı nahiyədə “qaz ayaqları”, qaşların arasında olan qırışlar, paralel alın cizgilərində botoksdan istifadə olunur. Bundan başqa, qismən ağız və dodaq kənarlarına , burnun orta hissəsi və yanlarına da müəyyən qədər vurulur. Bu proseduru diqqətlə etmək lazımdır ki, ağızda müəyyən əyilmələr əmələ gəlməsin.
Praktikamızda mimik estetik, üzdəki qırışları, qaşları qaldırmaq üçün daha çox müraciət edirlər. Düzgün manipulyasiya ilə üz cizgilərinə, gözlərə, qaşlara istədiyimiz ifadə şəklini vermə imkanımız var və müraciətlər də olduqca çoxdur. Artıq müəyyən sosial maddi vəziyyəti normal səviyyədə olan xanımların kişilərin də çoxu, eləcə də kişilərin 20-30 faizi botoks preparatlarından geniş şəkildə istifadə edir.
Bildiyimiz qədərilə botoksdan müalicə üçün də istifadə edirlər.
Bəli, doğrudur. Botoks tibbə ilk dəfə çəpgözlüyün müalicəsi üçün istifadə olunub. Göz əzələlərinə botoks inyeksiya olunur və o əzələnin biri boşaldılaraq çəpgözlük düzəlir. Bizim plastik cərrahiyyədə botoksdan ən çox iki məqsəd üçün istifadə edirik. Birincisi tərləmənin müalicəsidir. Bu, botoksun unikal xüsusiyyətidir. Bəzi insanlarda qoltuq altlarında, əlin və ayağın altında ciddi tərləmələr olur və davamlı əllərini, qoltuq altlarını silirlər. Hətta bu səbəbdən gün ərzində bir neçə dəfə köynək dəyişənlər də olur. Aprel-may ayında botoks proseduru etdirdikdə, insanlar payıza qədər bu problemdən xilas ola bilər. Bundan başqa, botoksdan əzələlərin müəyyən nahiyələrdəki spazmını ortadan qaldırmaq üçün də istifadə olunur.
Nevroloji praktikada ayağında, əlində iflic olan əzələ kontrakturaları olan xəstələr var. Müəyyən qrup əzələləri sərtlik səbəbi ilə aça bilmirlər. Bu əzələlərin hərəkətini botoks inyeksiyaları asanlaşdırır. Nadir hallarda rast gəlinən “Biospazm” xəstəliyi var ki, onda da müalicə üsulu kimi botoksdan istifadə olunur. Göz ətrafı əzələlərin istəmədən sıxılması halları baş verir. Bu səbəbdən insanlar göz qapaqlarını tam şəkildə açıb ətrafa aydın baxa bilmirlər. Belə hallarda əzələlərə botoks vurulur və xəstə görməyə başlayır.
Botoksdan miqrendə də istifadə edirlər. Miqrenli nahiyələrdə botoks proseduru həyata keçirilir və insanlar 6 ay 1 il müddətinə tam olaraq baş ağrılarından xilas olurlar. Nevropatoloqlar bilirlər ki, miqren ağrılarını heç bir preparatla aradan qaldırmaq mümkün deyil. Bu zaman xəstələrin həyatı zəhərə çevrilir və onlar uzun müddətli ağrılara məruz qalırlar. Botoksla xəstələr bu problemlərdən azad ola bilərlər.
Botoksun zərəri varmı?
Düzgün istifadə olunduğu təqdirdə, heç bir ziyanı yoxdur. İstənilən preparata qarşı allergiya ola bilər. Botoksun da nəzəri olaraq allergiya vermə ehtimalı var. Ancaq bu günə qədər mən heç bir xəstədə bu preparata qarşı reaksiya görməmişəm. Buna baxmayaraq, düzgün istifadə olunmadığı halda, istəmədiyimiz əzələləri iflic edə bilərik. Göz qapaqlarında düşüklük yaranma, göz almasına yaxın yerə inyeksiya olunduğu zaman, çəpgözlük kimi hallar baş verə bilər. Ancaq müəyyən qaydalar və dozalar var ki, heç bir narahatlıq, əks təsir göstərmir.
Əməliyyata hazırlaşan, lakin sonradan fikrini dəyişən insanlar olubmu?
Bizə gələn xəstələr arasında bəlkə də 40 nəfərdən birində belə vəziyyət yaranır. Qorxusu olan əməliyyata gəlmir. Analiz verdilərsə, əməliyyat olurlar. Biz xəstələrə heç vaxt psixoloji təsir etməyə çalışmırıq. Çünki xəstə özü qərar verməlidir. Əgər xəstə çox qorxursa, narahatdırsa, əməliyyatdan sonra da problem olma ehtimalı yüksək olur. Mən öz praktikamda hiss etsəm ki, xəstə tez-tez fikrini dəyişir, mən onları əməliyyat etmirəm və göndərirəm evlərinə.
İndiyə qədər praktikamda iki o cür insan olub ki, əməliyyat masasında qorxub. Sonradan fikirlərini dəyişib əməliyyat olmaq istədiklərini desələr də, əməliyyat etməmişəm.
Həyati təhlükəsi olan əməliyyatlar etmisiniz?
İstənilən əməliyyatda risk faktoru olur. Risk faktorunun aşağı , orta və yüksək risk dərəcələndirilməsi var. Aşağı riskdə risk faktoru 0.01 faiz olur. Orta risk 1 -10 faiz, yüksək risk faktoru 10-30 faiz arasında dəyişir. Tibbi məqsədlər üçün olmayan, sırf estetik məqsədlə olan prosedurlarda sadəcə düşük riskli xəstələri götürürük. Ən çox yüksək riskli rekonstruktiv əməliyyatları həyata keçiririk. Bəzən isə orta riskli rekonstruktiv əməliyyatları da edirik. Çətin əməliyyatlardan sərbəst toxuma köçürmələridir ki, biz həmin əməliyyatları Tədris Cərrahiyyə Klinikasında həyata keçiririk.
Başqa bir yerdə həmin əməliyyatları etmirik. Çünki, onlar ağrılı, sıxıntılı əməliyyatlardır. Bu, məcburiyyətdən olan bir əməliyyatdır. Bu zaman artıq xəstəyə risklər izah edilməklə əməliyyat etmək mümkün olur. Xəstələr gəlir ki, onlarda süd vəziləri həddindən artıq böyük olur və hər gün əziyyət verir. Sallaq qarnı olanlar da əziyyət çəkir. Çünki, dizə ağrı verir və başqa problemlər yaranır. Bu, insanlar üçün əzaba çevrilir. Xəstələrin özlərinin israrı ilə bəzən orta risklə götürürük. Bu xəstələrə öncədən məlumat verilir. Sənədlər imzalanır. Ancaq normal halda tərcihimiz aşağı riskli əməliyyatlardır.
Son olaraq məsləhətləriniz nələrdir?
Mənbə: amu.edu.az