Xoruz

Doğum illəri: 1921, 1933, 1945, 1957, 1969, 1981, 1993, 2005, 2017-ci illər.

Xoruz ilində doğulan adamlar zəhmətseverlikləri ilə, üzüyola xassiyətləri ilə və qapalı ev həyatları ilə seçilirlər. Xoruzlar həmişə öz işləri ilə məşğuldurlar. Xoruzlar fikirləşirlər ki, onlar həmişə düzdürlər. Onlar heç kimə inanmırlar və həmişə özlərinə güvənirlər. Hərdən bir elə fikir yaranır ki, onlar ciddi işlər görməyə qabiliyyətləri var ancaq bu belə deyil. Onlar qazandıqları hər şeyi xərcləyirlər və müflisləşə bilərlər. Onlar nə fikirləşirlərsə onu da deyirlər. Lakin, bu başqalarının hisslərinə biganəlikdən irəli gəlmir. Xoruzlar, Öküzlərlə, İlanlarla və Əjdahalarla xoşbəxt ola bilərlər. Uğursuz nigahları isə Siçan, Xoruz və İtlərlədir. Ən uğursuzu isə Dovşanladır.

İt

Doğum illəri: 1922, 1034, 1946, 1958, 1970, 1982, 1994, 2006, 2018-ci illər.

İtlər – bu sadiqlik, vəfalılığa nişandır, onlar uşaqların tərbiyəsinə qarşı çox diqqətcildirlər. İt ilində doğulan insanlar sağlam fikirlidirlər. Müvəffəqiyyət qazanmaq üçün onlara kimsə kömək və qayğı göstərməlidir. Gözəl xasiyyətləri olduğu üçün onların çoxlu dostu olur. İt ilində doğulan adamlar həmişə ədalətin müdafiəçisi olurlar. İtlər sənayedə çox yaxşı başçı, həmkarlar ittifaqında aktiv xadim, tərbiyəçi ola bilərlər. İtlər, Atlar, Dovşanlar və Pələnglərlə xoşbəxt ola bilərlər. Xoruz və öküz nigahı uğursuzdur. Ən uğursuzu isə əjdaha və qoyunladır.

Donuz

Doğum illəri: 1923, 1935, 1947, 1959, 1971, 1983, 1995, 2007, 2019-cu illər.

Donuz ilində anadan olanlar çox tərs olurlar. Öz böyük dözümlülüyü ilə Donuz heç vaxt öz yolundan dönmür. Onun çox az dostları olur, buna baxmayaraq donuz həmişə öz dostlarının qədrini bilir. Onlar çox qapalı, nadir hallarda danışandırlar. Meymun kimi, donuz da intellektualdir, onun elmə qarşı böyük meyli var. Donuzlar özündən tez çıxan, amma dava-dalaşla arası olmayan insanlardır.
O sevdiyi insanlara bağlı və mehribandırlar. Donuz, öz ömrünü Dovşan və ya Qoyunla bağlamağı məsləhətdir. Pis ailə – Meymunla, lap pis – İlanladır.

Siçan

Doğum illəri: 1924, 1936, 1948, 1960, 1972, 1984, 1996, 2008, 2020-ci illər.

Siçanlar böyük həyati bir güc ifadə edirlər. İlk baxışdan onlar çox sakit, ağır və şən görsənirlər. Lakin bu sakitliyin arxasında əsəbilik və narahatlıq gizlənir. Siçanlar çox qapalı adamlardır. Onlar pulları yalnız özlərinə xərcləmək, və heçnədə özlərini heçnədən məhrum etmirlər. Uğurlu nigahları Meymunlarla, Əjdahalarla və Öküzlərlədir. Bir az uğursuzu İtlərlə, Donuzlarla və ya İlanlarladır. Onlar Atlardan uzaq gəzməlidirlər və ən pisi isə, Siçan kişi Alovlu Atla evləndikdə olur (bu isə 60 ildə bir dəfə olur).

Öküz

Doğum illəri: 1925, 1937, 1949, 1961, 1973, 1985, 1997, 2009, 2021-ci illər.

İnək gücü və zəhmətsevərliyi təmsil edir. Bu ildə anadan olmuşlar az danışırlar, böyük səbrə malikdirlər, digərlərini səmimiliyə çağıra bilirlər. O, kinli ve tündxasiyyətdir. Onun kin saxlamağı dəhşətlidir. Özünə qapalı adam olsa da hərdən gözəl natiqlik də edə bilir. Əldən zirək olduğu üçün evi həmişə gözəl qurulmuş olur. Normal ailə həyatı Xoruz və ya Siçanla ola bilər. İt və ya Atla uğursuz, Qoyunla pis ailə hayatı olur.

Pələng

Doğum illəri: 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022-ci illər.

Pələng ilində anadan olanlar çox həssas, əyləncə axtarışında olan, səxavətli, bəzi vaxtlarda əsəbidirlər. Onlara qarşı çox böyük hörmət var, lakin həmişə təcili qərar qəbul edirlər. Bir az eqoist və mərddirlər. Yaponiyada Pələng ilini uşaq doğulması üçün əlverişli il hesab edirlər, xüsusilə də oğlan uşağının. Pələng Yerin gücünü ifadə edir. Yaxşı ittifaq Atla və Əjdaha illəridir. Ən pis nigah isə Öküz, İlan və Meymunladır.

Dovşan

Doğum illəri: 1927, 1939, 1951, 1963, 1975, 1987, 1999, 2011, 2023-cü illər.

Dovşanların gözəl danışıq qabiliyyətləri var, istedadlı və təmizliksevərdirlər, ciddi, dözümlü, xoşməramlı və gözəl seçim qabiliyyətinə malikdir. Dovşan ətraf mühiti sevir ətraf mühitdəkilər də onu. Onun həmişə bəxti gətirir, bir azca qeybət qırmağa xoşlayır. O sevdiyi insanlara həmişə bağlıdir. Dovşan özündən heç də tez çıxmır. İşlərində uğur qazanandır. Dovşan melonxolikdir, o ürəyi yumşaqdır. Dovşan yaxşı tutduğu adamlar Qoyunlar, Donuzlar və İtlərdir. Pis ailə Əjdaha ilə, lap pis isə Siçan və Xoruzladır.

Əjdaha

Doğum illəri: 1928, 1940, 1952, 1964, 1976, 1988, 2000, 2012, 2024-cü illər.

Əjdaha işarəsi altında anadan olanlar zəhmətkeşdirlər və həmişə işdə və təhsildə uğur qazanırlar. Əjdahalar mülayim və dözümlüdürlər, lakin kəskin xarakterə malikdirlər və çox vaxt öz ərlərinin üstündə hakimlik edirlər. Onlar tərsdirlər. Əjdaha iradəlidir və geniş ürəyə malikdir. Onun hörmətini həmişə saxlayırlar. O həmişə öz işinə həvəslə yanaşır. Əjdaha ikiüzlülük və diplomatiya üçün yaranmayıb, bütün hərəkətlərində səmimidir. Kişi-Əjdahalar xoşbəxt adamlar sayılır. Əjdahanın uğurlu ailə həyatı Siçanla, İlanla, Meymunla, Xoruzla, uğursuz Öküzlə, Əjdaha ilə, lap uğursuz isə İtlərdir.

İlan

Doğum illəri: 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013, 2025-ci illər.

İlan – gözəllik, müdriklik və incəsənət nümunəsidir. Güclü işçi qabiliyyətinə malikdir, lakin kinlidir. İlan – ağıllı varlıqdır, heç nədən heç kimə xələl yetirməz. İlan ilində anadan olmuş insanlar ağıllı, soyuqqanlı və dözümlü olurlar. İlan öz müdrikliyinə, uzaqgörənliyinə və hökmünə görə həmişə seçilib. Bəxti çox şeydə gətirir. İlan başqalarının fikirlərinə inanmır, buna görə də öz intuisiyasına arxalanaraq hər şeyi özü həll etməyi üstün tutur.
İlanın Öküz, Xoruz, Əjdaha ilə gözəl ailə həyatı olur, Siçan, İt və Dovşan ona yaraşırlar; uğursuz ailə həyatı meymunla, bədbəxt ailə həyatı isə Pələng və donuzladır. Qadınlar – zərif, mərd, asılı olmayan olurlar.

At

Doğum illəri: 1930, 1942, 1954, 1966, 1978, 1990, 2002, 2014, 2026-cı illər.

Qadın – At öz ərinə bədbəxtlik gətirir və dalaşqan xasiyyətin sahibi olur. Əsas qorxulu qadın at Odlu at ilində (1966) dünyaya gələn qadınlardır. Bunlara baxmayaraq At tanınmış, şən, çox danışan, cazibədardır. O pullarla ağıllı davranır, qənaətcildir, gözəl evdar qadındır. Onun ağlı insanları öz fikirlərini deməmişdən çox-çox qabaq valeh edir, bu da onlara insanlarla davranışda üstünlük gətirir. At müdrikdir, istedadlıdır, hər şeyi öz əlləri ilə etməyi xoşlayır. At sevgiyə görə hər şeyi kənara atıb, ətrafdakılara fikir veməyə də bilər. Bunun ucbatından da çox vaxt o sevgi məsələlərində uğursuzluqla üzləşir. At dözümsüzdür, gündəlik işlər onun üçün maraqsızdır. Sevdiyi şeylər mənzərə, teatr, opera, konsertlər, toplantılar, çoxlu adam olan yerlər. Atın yaxşı ailə həyatı Pələng, İt, Qoyunla; pis ailə həyatı – Öküz, lap pis – Siçanladır.

Qoyun

Doğum illəri: 1931, 1943, 1955, 1967, 1979, 1991, 2003, 2015, 2027-ci illər.

Qoyun ilində doğulmuş insanlar sakit, sadə,xoşrəftarlı, zəhmətsevər insanlardır. Qoyunlar zövqlə artistlik edə bilirlər, təbiətcə ehtiraslıdırlar. Onlar sənətkarlıq istedadına malikdirlər. Lakin, onlar bədbin, narahat,utancaqdırlar. Bunlarla yanaşı onlar özlərini sevdirə bilirlər, heç bir maddi çətinlik çəkmirlər. Çox vaxt din adamları olurlar. Həvəslə və təmənnasız her şeyi daha zavallı insanlarla bölüşürlər. Qoyunların yaxşı nigahı Dovşan, Donuz ve Atladır. Uğursuz nigah isə Siçanla, xüsusilədə öküz və itlədir.

Meymun

Doğum illəri: 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016, 2028-ci illər.

Meymunlar təbiətcə çox fədakardırlar. Meymun ilində doğulanlar tamahkarlığa ehtiraslıdırlar. Ağıllı, böyük işlərdən tutmaq bacarığı, hər bir ağıl və bacarıq tələb edən sahələrdə bacarıqlıdırlar. Meymunlar çox mehribandırlar. Meymunlar çox hesablayır, həmişə ətrafda baş verənlərdən xəbərdardır. Onların çox gözəl yaddaşları var, asanlıqla gördüyü, eşitdiyi, oxuduğu şeyi detalları ilə deyə bilər. Kişi-qadın münasibətləri uğursuz formalaşır. Meymunlar Əjdaha ve Siçanla yaxşı ittifaqda ola bilər, uğursuz nigah ise İlanla və Donuzladır. Ən uğursuz nigah isə Pələnglədir.

Mənbə: yaaz.az

Əvvəlki məqaləEstetik əməliyyat
Növbəti məqalədəGözəlliyiniz üçün müxtəlif məsləhətlər